İdman 01.12.2025

Derbidə qol sevincində Kazımcan Karataş xəsarət aldı

Derbidə qol sevincində Kazımcan Karataş xəsarət aldı

Derbi matçında qalmaqal: Leroy Sane-nin qolu və tribunadan atılan əşya

Qol sevinci faciə ilə nəticələndi

Trendyol Süper Liqa-nın 14-cü turunda "Fənərbaxça" və "Qalatasaray" komandaları arasında baş tutan derbi qarşılaşması gərgin anlarla yadda qaldı. Matçın 27-ci dəqiqəsində "Qalatasaray"ın futbolçusu Leroy Sane-nin vurduğu qol komandasını hesabda önə keçirdi.

Rəqib meydanının ortasında topu qəbul edən Leroy Sane rəqiblərini keçərək zərbə endirib. Onun zərbəsi Jayden Oosterwoldenin ayağına dəyərək istiqamətini dəyişib və top qapıdan keçib. Bu qol Edersonu çaşdırıb.

Kazımcan Karataş yaralandı

Qoldan sonra sevincini bölüşmək üçün Çobani Stadionunda yerləşən tərəfdarlarının yanına gedən "Qalatasaray"ın futbolçularından Kazımcan Karataş tribunadan atılan yad cismin zərbəsinə tuş gəlib. Nəticədə futbolçu yerə yıxılıb və gözünün altından xəsarət alıb. Kazımcan Karataşa ilk tibbi yardım meydançanın içində göstərilib. Bir müddət yerdən qalxa bilməyən futbolçunun gözünün altına tibb işçiləri sarğı qoyublar.

22 yaşlı sol cinah müdafiəçisi, göstərilən tibbi yardımdan sonra, gözünün altında sarğı ilə oyuna davam edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz