Harvey Henderson Wilcox ABŞ-ın adi bir qəsəbəsində dünyaya gəlmişdi və heç kimin diqqətini çəkmirdi. Səssiz, dindar və çalışqan bir ailədə böyüyən Wilcox, uşaq iflici səbəbindən ömrü boyu bastonla gəzmək məcburiyyətində qaldı. Bu fiziki əngəl onun xəyal qurmasına mane ola bilmədi.
Yazışma və sənəd işləri ilə özünü inkişaf etdirən Wilcox, Kanzasda notarius kimi fəaliyyət göstərərkən əmlak dünyasına qədəm qoydu. Qısa müddətdə bölgənin ən tanınmış əmlakçılarından birinə çevrildi. Əldə etdiyi böyük sərvətlə həyatının arzusunu gerçəkləşdirməyə qərar verdi: yalnız dindar xristianların yaşayacağı, təbiətlə iç-içə, spirtsiz bir yaşayış məskəni qurmaq.
Hollywood Adının Yaranışı
Harvey bu arzusunu həyat yoldaşı Daida Wilcox ilə bölüşdü. Daida illər əvvəl Almaniyada eşitdiyi "Hollywood" adlı fermer evinin hekayəsini ərinə danışdı. "Holly" müqəddəs ağac, "wood" isə təbiətlə uyğunluq mənasını daşıyırdı. Tələffüzü xoş, mənası dərin bu kəlmə, qurulacaq qəsəbə üçün ilham mənbəyi oldu.
1886-cı ildə Los Ancelesin qərbində, geniş portağal bağları və çəmənlik sahədə 160 akr torpaq sahəsi alan Wilcox cütlüyü, xəyallarındakı yaşayış məskənini qurmağa başladı. 1887-ci ildə bu ərazi rəsmi olaraq "Hollywood" Mahallesi kimi qeydə alındı. 1910-cu ildə Los Ancelesə birləşdirilən bu ərazi, həmin illərdə spirtli içkilərdən, qumardan və əxlaqsızlıqdan uzaq, geniş bağçalı, sadə evləri ilə dindar bir yaşayış sahəsi kimi nəzərdə tutulmuşdu.
Əyləncə Tələbi Artana Qədər Hər Şey Plana Uyğun İrəliləyirdi
Wilcoxun vəfatından sonra Daida Wilcox layihəyə sahib çıxmağa davam etdi. Lakin şəhər böyüyür, yeni sakinlər gəlir və tələblər dəyişirdi. Hər kəs dindar deyildi. Barlar, əyləncə məkanları, sosial sahələr tələb olunmağa başlandı.
Məhz bu zaman Nyu-Yorkda təzyiqlərlə boğuşan Amerikan
kinosənayesi daha azad və uyğun şərait təklif edən Kaliforniyaya yönəldi. Edisonun patent iddialarından qaçmaq istəyən istehsalçılar üçün Los Anceles və ətrafı cəlbedici mərkəzə çevrildi. 1907-ci ildə ilk film şirkətləri Los Ancelesə gəldi. 1910-cu ildə
Hollywoodda ilk film çəkildi. 1911-ci ildə isə Wilcoxun qurduğu məhəllədə ilk
kinostudiya açıldı.
Səssiz Qəsəbə Kinosənayesi Paytaxtına Çevrildi
Növbəti illərdə bölgə film studiyaları, kinoteatrlar, aktyorlar və barlarla dolmağa başladı. Dindar bir yaşayış sahəsi kimi qurulan
Hollywood, artıq dünyanın əyləncə sektoruna yön verən bir mərkəzə çevrilirdi. Dəyişikliyi rədd etməyən Daida Wilcox bu inkişafı dəstəklədi; kinematoqraflara torpaq bağışladı, kilsə və məktəb layihələrinə töhfə verdi.
1920-ci illərə gəlindiyində
Hollywood dünyanın
kinosənayesi paytaxtı idi. Səssiz kinolar, qırmızı xalçalar, ulduzlar və milyon dollarlıq istehsallar, Wilcoxun addımlarını atdığı küçələrə daşındı.
Xəyalı Başqa, Mirası Bambaşqa Oldu
Harvey Wilcoxun arzusu nə kino, nə də şöhrət idi. Lakin onun qurduğu torpaqlar, bir əsrdən çox müddətdə milyardlarla dollarlıq bir sənayenin mərkəzinə çevrildi. Bu ərazinin əsaslarını qoyan bu adam, ulduzlar arasında anılmasa da, bu gün adını küçələrdə yaşatmağa davam edir.
24 saat