Noyabrın ortalarına qədər Ukraynada çox az adam
ABŞ Ordusu Nazirliyinin mövcudluğundan xəbərdar idi, onun rəhbəri
Den Driscollun adını isə heç eşitməmişdi. Lakin son bir həftə ərzində onun fiquru Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirməyə yönəlmiş sülh prosesində əsas simalardan birinə çevrilib.
Ağ Ev məhz Driscolla olduqca həssas bir missiya – bir çox şərhçilərin Rusiya üçün sərfəli, bəzilərinin isə Ukrayna üçün açıq-aşkar təslimiyyət adlandırdığı 28 bəndlik
sülh planını
Volodimir Zelenskiyə çatdırmaq vəzifəsini həval etdi. Bu planın şərtlərinin mediaya sızması Atlantika boyunca xaosa səbəb oldu.
Sonradan məlum oldu ki, ABŞ Prezidenti
Donald Tramp general Kit Kelloqun yerinə Driscollu Ukrayna üzrə xüsusi elçisi təyin edib.
Cey Di Vensin tələbə yoldaşı və dostu
Bəs
Den Driscoll kimdir?
Onun gəncliyə bənzər görünüşü və mehriban təbəssümü sizi yanıltmasın –
Den Driscoll Vaşinqtonda son dərəcə nüfuzlu bir fiqurdur. O, sürətlə Amerikanın siyasi ağırçəkili simalarından birinə və Respublikaçılar Partiyasının yüksələn ulduzuna çevrilir.
Driscoll 2025-ci ilin fevral ayının sonundan etibarən Ordu Naziri vəzifəsində çalışır. Bu, mahiyyət etibarilə ABŞ Quru Qoşunları qərargah rəhbərinin mülki ekvivalenti olub, birbaşa Müdafiə Nazirinə tabedir.
Onun təyin olunmasının səbəblərindən biri
Driscollun ABŞ-ın vitse-prezidenti Cey Di Venslə dostluğu və sıx əməkdaşlığı ola bilər: onlar Yel Universitetində birlikdə hüquq təhsili alıb, daha sonra
Driscoll onun baş müşaviri olaraq çalışıb.
Hazırkı Ordu Nazirinin ailəsi hərbi xidmətlə sıx bağlıdır:
Driscollun atası Vyetnam müharibəsi zamanı piyada qoşunlarda xidmət edib, babası isə İkinci Dünya müharibəsi illərində şifrə açan olub.
Driscoll özü də veteranlardandır – universitetdə biznes administrasiyası üzrə təhsil aldıqdan sonra orduya qulluğa gedib.
Əvvəlcə o, Nyu-York ştatındakı bazada süvari kəşfiyyat taqımının komandiri olub. Orada mürəkkəb dağlıq və şəhər şəraitində zirehli texnika əməliyyatları üzrə ixtisaslaşıb.
Daha sonra "İraq Azadlığı" əməliyyatı çərçivəsində doqquz ay Bağdada ezam edilib, yüksək təhlükəli şəhər infrastrukturunda üsyançılarla döyüşlərdə iştirak edib.
Cəmi üç il ərzində
Driscoll baş leytenant rütbəsinə qədər yüksəlib.
Və məhz İraqdakı hərbi xidmət ona gələcəyə yol açıb.
Driscoll 2001-ci il 11 sentyabr hadisələrindən sonra qəbul edilmiş hərbi qulluqçuların güzəştlər əldə etmək hüquqlarının genişləndirilməsi haqqında qanundan faydalanaraq, dövlətin təhsil və yaşayış xərclərini ödədiyi Yel Hüquq Məktəbində güzəştli şərtlərlə təhsil ala bilib. Sonradan o, Senatın Veteran İşləri Komitəsində təcrübə keçib.
Ordu Naziri vəzifəsində
Driscoll ABŞ Quru Qoşunlarının büdcəsinin (bu il təxminən 190 milyard dollar) bölüşdürülməsinə və istifadəsinə nəzarət edir, eyni zamanda bir milyondan çox hərbçinin və təxminən 300 min mülki işçinin fəaliyyətinə rəhbərlik edir.
Driscoll həmçinin ABŞ-ın bütün dünyadakı hərbi bazalarına cavabdehdir, silah tədarükünü təsdiqləyir və onların hazırlanmasına nəzarət edir.
Onun Kapitol təpəsindəki mövqeyi ABŞ Prezidenti
Donald Trampın göstərdiyi şəhərlərdə qayda-qanunu təmin etmək üçün Milli Qvardiyanı yönəltməyə hazır olması ilə daha da gücləndi.
Driscoll bu ilk baxışdan ən cəlbedici görünməyən vəzifələrin öhdəsindən o qədər uğurla gəldi ki, Ağ Evdə onu administrasiyanın ən səmərəli məmurlarından biri adlandırmağa başladılar.
Onun keçmişi də rol oynayıb: Yel Universitetindən sonra o, investisiya bankiri kimi çalışmış və 200 milyon dollarlıq vençur fondunun əməliyyat direktoru olmuşdur.
Ordu Nazirliyindəki uğurları fonunda ona daha bir vəzifə – Spirtli İçkilər, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosuna (ATF) rəhbərlik etmək tapşırıldı. Bu qurum federal qanunvericiliyə riayət edilməsini təmin edir və silah, partlayıcı maddələr, habelə tütün və spirtli içkilərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətləri araşdırır.
ABŞ Prezidenti Donald Trampın “Pilotsuz Uçuş Aparatları üzrə Əsas Mütəxəssisi”
Vaşinqtonda yenilikçi texnologiyalara olan həvəsinə görə
Den Driscollu "drone guy" — ABŞ Prezidenti
Donald Trampın "Pilotsuz Uçuş Aparatları üzrə Əsas Mütəxəssisi" adlandırmağa başladılar.
Lakin
Driscoll təkcə pilotsuz uçuş aparatları ilə məşğul deyil – o, həm də Amerikanın hərbi-sənaye kompleksinin effektivliyinin artırılmasını tələb edir. Pentaqonun silah tədarükündə çatışmazlıqlarla üzləşdiyini görən
Driscoll aparıcı müdafiə podratçılarını tənqid edib.
“Əvvəllər aldığımız məhsulların 90%-i ordu üçün xüsusi olaraq hazırlanmış, yalnız 10%-i isə hazır kommersiya məhsulları idi. Müdafiə sənayesi bütövlükdə və xüsusilə də ən böyük podratçılar Amerika xalqını, Pentaqonu və ordunu aldataraq, onlara yalnız xüsusi hərbi həllərin lazım olduğunu inandırmışdılar, halbuki əslində bir çox kommersiya həlləri eyni dəyərli, hətta daha yaxşıdır. Belə yanaşma bizə ziyan vurdu. Buna görə də biz tədarüklərin 90%-nin kommersiya baxımından əlçatan olmasını, yalnız 10%-nin isə spesifik hərbi məhsullar olmasını təmin etməyə çalışırıq”, –
Driscoll bildirib.
Bununla belə, ona getdikcə daha ciddi vəzifələr həval edilir ki, bu da hazırkı Müdafiə Naziri Pit Hegsetin
Den Driscollla əvəz edilməsi barədə danışıqlara səbəb olub.
Bu, tamamilə məntiqə uyğundur: Hegset hərbçilərə saqqal saxlamağın vacibliyi və artıq çəki ilə mübarizədən danışarkən,
Driscoll ordunun faktiki fəaliyyətinə cavabdehdir.
Driscoll Cenevrədə Amerika və Ukrayna nümayəndə heyətlərinin danışıqlarında iştirak edib. Planlaşdırılır ki, Ukraynalılarla ünsiyyətdən sonra yenilənmiş
sülh planını ruslarla məhz
Driscoll razılaşdırmalı olacaq.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz