İdman 22.08.2025

Dünya bu oyunu müzakirə edir, açıq-aşkar fırıldaqmı var?

Dünya bu oyunu müzakirə edir, açıq-aşkar fırıldaqmı var?

Rumıniya Kubokunda Kura Çəkilişi Zamanı Şübhəli Hərəkətlər İddialara Səbəb Oldu

Rumıniya Kubokunda pley-off mərhələsinin oyun cütlərini müəyyənləşdirən kura çəkilişi, sosial mediada geniş müzakirələrə səbəb olub. Rumıniya Futbol Federasiyasının Baş Katibinin müavini Gabriel Bodescunun kiçik və dar bir şüşə qabda topları qarışdırmağa çalışarkən əlinin davamlı olaraq eyni topun üzərində qalması, "əvvəlcədən planlaşdırılmış kura" iddialarının ortaya çıxmasına gətirib çıxarıb.

Bodescunun çəkdiyi top nəticəsində SuperLiqa komandalarından olan Farul Konstanta, 2-ci Liqa təmsilçisi Korvinul Hunedoara ilə qarşılaşacaq.

Azarkeşlərdən Sərt Reaksiya

Sosial mediada yayımlanan görüntülər sonrasında bir çox azarkeş kura çəkilişinin qərəzli olduğunu iddia edib. İstifadəçilər, "Heç gizlətməyə belə çalışmırlar", "Heç olmasa daha böyük bir qab alın" kimi ironik şərhlər yazaraq vəziyyəti lağa qoyublar. Bir çox istifadəçi kuranı "saxta" elan edib. Bəzi şərhlərdə, "Elə bildi ki, heç kim baxmır" ifadələri diqqət çəkib. Digər tərəfdən, qabın kiçik olması səbəbindən topları qarışdırmağın demək olar ki, qeyri-mümkün olduğuna diqqət çəkənlər də olub. Baş verən bu hadisələr sonrasında dünyanın aparıcı xəbər kanalları görüntüləri manşetlərinə çıxarıb.

Federasiyadan Açıqlama

Rumıniya Futbol Federasiyası isə iddiaları qətiyyətlə rədd edib. Verilən açıqlamada, kurada istifadə edilən qabın kiçik olmasının qarışdırmağı çətinləşdirdiyi qəbul edilib, lakin bunun ədaləti pozmadığı vurğulanıb. Açıqlamada, “Kura prosedurlara uyğun şəkildə, klub nümayəndələrinin iştirakı ilə canlı yayımda həyata keçirilib. Hər hansı bir imtiyaz və ya qərəz söhbəti belə gedə bilməz” deyilib.

Müzakirələrə səbəb olan oyun cütü sonrasında diqqətlər Farul Konstanta ilə Korvinul Hunedoara arasında oynanılacaq oyuna yönəlib. Qarşılaşma cümə axşamı günü başlayacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz