"Old Trafford" evsizlərə sığınacaq olacaq
İngilis klubunun rəhbərliyi, soyuq qış günlərində evsiz vətəndaşların küçədə qalmaması üçün "Old Trafford" stadionunu sığınacaq mərkəzinə çevirib.
Layihəyə dəstək artır
Manchester United klubunun başlatdığı bu təşəbbüsə, komandanın keçmiş ulduzlarından da böyük dəstək gəlib. Maykl Kerrik, Ves Braun, Fil Cons kimi Manchester United əfsanələri də klubun bu xeyirxah layihəsinə dəstək verən şəxslər arasında yer alıb.
İngiltərə ərazisində havanın temperaturunun sıfırdan aşağı düşməsi ilə əlaqədar olaraq, Manchester United klubu rəhbərliyi stadionu evsizlərə təsis edib. Klubun "Hər bir insanın isti bir dam altında yaşamağa haqqı vardır" mesajı ilə elan etdiyi layihə çərçivəsində "Old Trafford" gecələr açıq olacaq və qonaqlara isti yemək və əsas ehtiyac materialları da təmin ediləcək.
Layihənin qış ayları boyunca davam edəcəyi də bildirilib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz