2025-Cİ İLDƏ ƏMLAK SEKTORUNDA SON VƏZİYYƏT
Çində əmlak böhranı ölkəni cənginə alıb. Daşınmaz əmlak nəhəngləri son dövrlərdə maliyyə çətinlikləri ilə üzləşir. Evergrande müflis oldu, Country Garden və Vanke kimi şirkətlər isə borclarının restrukturizasiyası prosesindədirlər. Bu şirkətlərin bir çoxu xarici istiqraz öhdəliklərini yerinə yetirə bilmədi.
Yarımçıq qalan layihələr səbəbindən əhali arasında etimad itkisi artıb.
ÇİNDƏ DAŞINMAZ ƏMLAK SEKTORUNDAKİ BÖHRAN NECƏ BAŞLADI
Kriz 2020-ci ildə nəhəng tikinti firması Evergrandenin borclarını ödəyə bilməməsi ilə başladı. Çinli tikinti nəhəngləri uzun illər borc alaraq böyüdülər: Mənzillər hələ tikilmədən satılır, bu ilkin satışlardan əldə olunan gəlirlə yeni layihələrə başlanılırdı. Lakin 2020-ci ildə hökumət “Üç Qırmızı Xətt” adlı tənzimləməni tətbiq etdi: Şirkətlərin borc səviyyələri məhdudlaşdırılmağa başladı və kredit kanalları daraldıldı.
Bu da bir çox tikinti şirkətini likvidlik böhranına sürüklədi və nəhəng sayda yaşayış layihəsi yarımçıq qaldı. Əvvəllər "ev almaq investisiya aləti idi", indi isə insanlar qiymətlərin daha da düşəcəyindən qorxduqları üçün alım etmək istəmirlər. 2025-ci il etibarilə daşınmaz əmlak satışları 2019-cu ilə nisbətən 40%-dən çox azalıb. Boş mənzillərin sayı 60-70 milyon təxmin edilir. Nəticədə, yaranmış əmlak böhranı bank sistemini də zəiflədir.
BANKLAR VƏ KÖLGƏ FİNANS SİSTEMİ TƏZYİQ ALTINDADIR
Tikinti sektoruna yüksək həcmdə kredit verən banklar, ödənilməsi çətin kreditlər səbəbindən problemlər yaşayırlar. Kölgə bankçılıq adlandırdığımız qeyri-rəsmi borc mexanizmləri (trastlar, investisiya fondları) iflas edən developerlər səbəbindən çökür.
Çin hökuməti 2024-cü ilin sonuna kimi bəzi tədbirlər gördü: Məhdud maliyyə dəstəyi, faiz endirimi, “bitməmiş evlərin tamamlanması” üçün xüsusi fondlar yaradıldı. Lakin böyük bir xilasetmə paketi gəlmədi, çünki bu vəziyyət “mənəvi risk” yarada bilərdi: yəni borcla böyüyən şirkətləri mükafatlandırmış olardı.
RUSİYADA BANK SEKTORU UÇURUMA SÜRÜKLƏNİR
Rusiya iqtisadiyyatı da böyük böhrana doğru sürüklənir. Bloomberg-in məlumatına görə, növbəti 12 ay ərzində sistemli bir bank böhranının baş verə biləcəyi ehtimalı rus bankirlərini narahat edir. Bloomberg tərəfindən nəzərdən keçirilən sənədlərə və məmurların sözlərinə görə, ölkənin ən böyük bankları artan problemli kreditlər səbəbindən səssizcə həyəcan təbili çalmağa başlayıblar.
Şirkətlər və fərdi müştərilər yüksək faiz dərəcələri altında borclarını ödəməkdə çətinlik çəkirlər. Bloomberg-ə danışan mənbələr, vəziyyətin son dərəcə riskli olduğunu və şərtlər dəyişməzsə, növbəti il ərzində ölkə daxilində bir borc böhranının maliyyə sektoruna yayıla biləcəyini bildirirlər. Bunun əsas səbəbi isə Rusiyanın 3 ildir Ukraynada apardığı müharibədir. Avropa İttifaqı daha çox Rusiya bankına sanksiya tətbiq etməyi müzakirə edir.
BANKLAR PULLARINI ALMAQLAYIR
Bəzi böyük bankların daxili qeydlərinə görə, bir çox borclu ödənişlərini təxirə salır və ictimaiyyətə açıqlanan gecikmiş kredit dərəcələri bu mənzərəni gizlədir. Rusiya Mərkəzi Bankının məlumatına görə, banklar 2024-cü ildə 3.8 trilyon rubl ilə rekord mənfəət əldə etdilər.
Lakin daxili qiymətləndirmələr, kredit portfellərində sürətli bir daralma yaşandığını ortaya qoyur. 2025-ci ilin ilk iki ayında şirkət kreditləri 1.5 trilyon rubl azaldı. Hökumətin müharibə üçün etdiyi nəhəng xərclər müdafiə sənayesini canlandırarkən, özəl sektor şirkətləri yavaşlayan tələbat, artan xərclər və azalan ixrac gəlirləri ilə mübarizə aparmağa çalışırlar. Tikinti və sənaye sektorlarında nəzərəçarpacaq bir durğunluq yaşanır. Hərbi istehsal sahəsində də ilk dəfə bir tıxanıqlıq əlaməti ortaya çıxdı.
YAPONİYA MƏRKƏZ BANKI SİYASƏTİNİ SƏRTLƏŞDİRİR
Yaponiya Mərkəzi Bankı (BoJ), gözləntilər çərçivəsində qısamüddətli siyasət faizini dəyişdirməyərək, 2025-ci ilin yanvar ayındakı son artımından bəri eyni səviyyədə, yəni 0,5%-də saxladı. İnflyasiya gözləntilərinin orta səviyyədə artdığı bildirilən mətndə, düyü qiymətlərindəki artımlara diqqət yetirildi.
Həmçinin mətndə, uzun illər sürdürdüyü ultra-yumşaq pul siyasətini sərtləşdirmə cəhdlərinin bir hissəsi olaraq bankın 2026-cı ilin mart ayına qədər Yaponiya dövlət istiqrazlarının alımlarını hər rübdə 400 milyard yen azaltma planına sadiq qalacağı qeyd edildi. BoJ, 2026-cı ilin aprelindən sonrası üçün yeni bir plan açıqladı. 2026-cı ilin aprelindən etibarən Yaponiya dövlət istiqrazlarının geri alımını hər rübdə 200 milyard yen azaldacağını bildirdi. Beləliklə, aylıq istiqraz alımları 2027-ci ilin ilk rübünə qədər 2 trilyon yenə enəcək.