İdman 26.11.2025

Dünyanın ən güclü qadını kişi olduğu üçün titulu geri alındı

Dünyanın ən güclü qadını kişi olduğu üçün titulu geri alındı

Dünya güc oyunu tarixində şok hadisə yaşandı. "Dünyanın Ən Güclü Qadını" titulu qalmaqallı bir gerçəyin ortaya çıxması ilə geri alındı.

Güc oyunu yarışlarında Qadınlar Açıq kateqoriyasında 2025-ci ilin çempionu olan Jammie Bookerin bioloji cinsiyyəti yarışmaya kölgə saldı. Bookerin əslində kişi olduğu, əməliyyatla qadın olduğu üzə çıxdı.

Təşkilatdan Gözlənilməz Müdafiə

Güc oyunu yarışlarının rəsmi hesabından yayımlanan açıqlamada, məsuliyyətin təşkilata aid olduğu qəbul edilərək yarışmacılardan üzr istənildi. Açıqlamada, yarışma öncəsi idmançının cinsiyyət durumuna dair məlumat verilmədiyi ifadə edilərkən "Rəsmi güc oyunu səlahiyyətliləri yarışma öncəsində bu durumdan xəbərsiz idi. Vəziyyət bizə çatdırılan kimi təcili olaraq araşdırmaya başladıq. İdmançı ilə əlaqə qurulmağa çalışıldı, ancaq hələ bir cavab alınmayıb. Qaydalar, idmançıların doğuşdakı bioloji cinsiyyətlərinə uyğun kateqoriyada yarışmaları lazım olduğunu açıq şəkildə bildirir.

Əgər yarışma öncəsi ya da yarışma sırasında bu durum bilinərsəydi, sözügedən idmançının Qadınlar Açıq kateqoriyasında yer almasına icazə verilməzdi" sözlərinə yer verildi.

Nəticələr Ləğv Edildi, Yeni Sıralama Gözlənilir

Təşkilat yetkililəri, Bookerin 2025 Rəsmi Güc oyunu Dünya Çempionatından diskvalifikasiya edildiyini açıqladı və sıralamanın yenidən açıqlanacağını iştirakçılarına bildirdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz