Bordo Berelilər Dünyanın Ən Güclü Xüsusi Təyinatlı Qüvvələri Seçildi: Türkiyə Zirvədə!
Dünyanın ən güclü xüsusi təyinatlı - Global Firepower tərəfindən hazırlanan 2026-cı il hesabatı dünya üzrə ən elit hərbi birləşmələri müəyyən edib. Hər il böyük maraqla gözlənilən bu hesabatda ölkələrin hərbi qüdrəti və xüsusi təyinatlı qüvvələrinin fəaliyyət səmərəliliyi dəyərləndirilir.

Cari ilin hesabatına əsasən, Türkiyə Silahlı Qüvvələrinin fəxri sayılan Bordo Berelilər, dünyanın ən qüdrətli xüsusi təyinatlı qüvvələri siyahısında birinci yerə çıxaraq böyük marağa səbəb olub.
Bordo Berelilər yüksək peşəkarlıqları, əla hazırlıq səviyyələri və ən çətin şəraitdə belə tapşırıqları müvəffəqiyyətlə icra etmə bacarıqları ilə məşhurdurlar. Onlar dünyanın bir sıra böyük hərbi qüvvələrini geridə qoyaraq, reytinqdə ön sıralarda qərarlaşıblar.
Bu uğur Türkiyənin müdafiə potensialının və xüsusi əməliyyatlar sahəsindəki üstün mövqeyinin beynəlxalq aləmdə təsdiqi kimi qiymətləndirilir. Türk Silahlı Qüvvələri bu nailiyyətlə bir daha öz qüdrətini ortaya qoymuş oldu.
Global Firepower hesabatı hərbi sahədəki yenilikləri izləmək və dövlətlərin müdafiə strategiyalarını dəyərləndirmək üçün əhəmiyyətli bir mənbə rolunu oynayır. Bordo Berelilərin bu yüksək mövqeyi Türkiyənin regional və qlobal təhlükəsizlikdəki əhəmiyyətini daha da artırır.
Bu nəticə həm də Türkiyənin xüsusi təyinatlı qüvvələrinin təlim və əməliyyat standartlarının beynəlxalq səviyyədə qəbul olunduğunu nümayiş etdirir. Bordo Berelilər öz adlarını dünya hərb tarixinə qızıl hərflərlə həkk etdirdilər.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz