"Qalatasaray"dan qələbə vədələri
"Qalatasaray" Klubunun prezidenti Dursun Özbek, "Trendyol Süper Lig"də "Corendon Alanyaspor" ilə qarşılaşacaqları oyun və UEFA Çempionlar Liqasında "Liverpool" ilə keçiriləcək matçda qələbə qazanmaq istədiklərini bəyan edib.
Özbek, "Qalatasaray Adası"nda təşkil olunan kişi və qadın basketbol, voleybol, qadın futbolu və əlil arabası basketbol komandalarının forma təqdimatında mətbuat nümayəndələrinə açıqlamalar verib.
Sarı-qırmızı kişi futbol komandasının "Süper Lig"ə uğurlu başlanğıc etdiyini qeyd edən Özbek, hər iki matçda da qələbə üçün meydana çıxacaqlarını bildirib: "Süper Lig"də onsuz da müvəffəqiyyətli bir xəttimiz var. Bunu davam etdirmək istəyirik. Hazırda 6'da 6 etdik. 7'də 7 edərək çempionluq yolunda bütün gücümüzü göstərmək istəyirik. "Liverpool" matçı da bizim üçün çox əhəmiyyətlidir. Evimizdə oynayacağımız o matçı da qazanmaq arzusundayıq. Həm texniki heyət, həm də futbolçularımız bunun fərqindədirlər. İnşallah salı axşamı camiamıza gözəl bir qələbə hədiyyə edərik".
Futbol A komandasının forma tədarükçüsü firma ilə etdikləri müqavilənin dəyərini artırdıqlarını vurğulayan Özbek, uğurla birlikdə sponsorların dəstəyinin də artdığını söyləyib: "Puma" firması ilə də danışıqlarımız var. Keçmişdə imzaladığımız müqavilənin daha da üzərinə çıxıb, müddətini də uzatmaqla "Qalatasaray"a verəcəkləri dəstəyin daha da böyüməsini təmin edirik. Müqaviləni hələ imzalamadıq, amma qarşıdakı bir neçə gün ərzində imzalayacağıq".
Bu il idman növlərində iddialıyıq
Dursun Özbek, bu mövsüm idman sahələrində iddialı olduqlarını dilə gətirib.
Forma təqdimatı gecəsi ilə bağlı Özbek, qadın futbolu və digər idman şöbələrinin forma təqdimatı üçün burada olduqlarını bildirib. Onun sözlərinə görə, idman sahələrini Türkiyəyə gətirən klub olaraq bütün idman sahələrində eyni ciddiyyətlə fəaliyyət göstərirlər. Bu gecə onlar üçün çox əhəmiyyətlidir. İdman fəaliyyətlərində onlara dəstək verən sponsorlara və onları heç vaxt tək qoymayan azarkeşlərinə təşəkkür edib.
İdman sahələrində bu mövsüm daha uğurlu olmağı hədəflədiklərini bildirən sarı-qırmızılı klubun başçısı, idman sahələrini keçən ildən daha yüksəklərə qaldırmaq istədiklərini vurğulayıb. Bunun onların missiyası olduğunu deyən Özbek, bu idman növlərini Türkiyəyə gətirən klub "Qalatasaray" olduğunu bildirib. Buna görə hər zaman keçmişdə əldə etdikləri uğurların üstünə qoyaraq davam etmələri lazımdır. Bu il idman sahələrində iddialıdırlar və uğurları ilə azarkeşlərini və camialarını sevindirəcəklərini ifadə edib.
Oxucu Şərhləri
Şərh Yaz