Ece Erken və Sinan Akçıl arasında başlayan münasibət maqazin gündəminə bomba effekti yaradıb. Cütlük hava limanında əl-ələ görüntülənsə də, əvvəlcə münasibətləri barədə səssizliyini qoruyurdu. Lakin Erken, keçən illərdə "eniştəm" dediyi Sinan Akçıla olan sevgisini İnstaqram hesabından etdiyi paylaşımla ictimaiyyətə açıqlayıb. Bu açıqlama qısa zamanda geniş müzakirələrə səbəb olub.
Keçmişdən Gələn "Eniştə" Bənzətməsi
Dörd il əvvəl Sinan Akçılın Burcu Kıratlı ilə evliliyi zamanı ona "eniştəm" deyə müraciət edən Ece Erken, son günlər sənətçi ilə gözlənilməz bir eşq macərasına başlayıb. Bu dönüş şou-biznes aləmində təəccüblə qarşılanıb.
Sevgisini İctimaiyyətə Elan Etdi
Erkenin bu açıqlaması yenidən gündəmə gəlib və çoxsaylı mənfi şərhlərlə qarşılaşıb. Lakin o, bütün tənqidlərə baxmayaraq, sosial media hesabından sevgilisi Sinan Akçılın şəklini paylaşaraq sevgisini rəsmən elan edib.
Musiqiçi Akçıl ilə birgə fotosunu paylaşan Ece Erken yazısında bunları qeyd edib:
"Deyirdiniz ki, pis təsir edəcək, zamana buraxdım. Deyirdiniz ki, eniştəçi :) Canlı yayımda tanımadığım bir sənətçi mənə yaxınlaşıb, iltifat edib, 'Eceni çox sevmək qadağan edilməlidir' deyəndə, mən öz məsafəmi saxlamışam... Çox qınadınız ha :) Deyirdiniz ki, öləni tez unutdun... 3 il keçib, bunun vaxtı nədir, zamanı varmı? Özümü işimə, gücümə, övladıma, sevgimə həsr etdim. Xahiş edirəm, məni qınamayın, xoş qarşılayın. Çox xoşbəxtəm, ən azından indilik. Qoyun xoşbəxt olayım."
Qeyd edək ki, Ece Erken bu yaxınlarda oğlu Eymen ilə musiqiçinin birgə şəklini paylaşsa da, üzünü emoji ilə gizlətmişdi.