"Qalatasaray" transferdə son addımlarını atır
"Qalatasaray" komandası heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir. Bir qolkiper və sağ cinah müdafiəçisi mövqelərində oynaya bilən bir mərkəz müdafiəçisini transfer etməyi planlaşdıran klub, kritik bir həftəyə qədəm qoyur. Sarı-qırmızılılar, Ederson və Singo transferləri üçün son cəhdlərini edəcək.
Braziliyalı qolkiper üçün "Manchester Siti" klubuna 10 milyon avro təklif ediləcək. Son matçda heyətə daxil edilməyən 32 yaşlı qolkiper, "Qalatasaray" ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb və klubuna təzyiq göstərir.
25 milyon avroluq paket
"Monako" forması geyən Wilfried Singo üçün də danışıqlar sürətlənib. 24 yaşlı müdafiəçi üçün satın alma opsiyası ilə icarə formulu gündəmə gətirilib. "Qalatasaray" ümumilikdə 25 milyon avro dəyərində bir paket üzərində çalışır: 5 milyon avro icarə haqqı və əlavə olaraq 20 milyon avro satın alma opsiyası. Fildişi Sahilli futbolçunun mövsümün ilk matçında forma geyməməsi, transfer prosesini tezləşdirə bilər.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz