Gündəm 18.07.2025

Əfsanəvi Dünya Möcüzəsi Dənizdən Üzə Çıxdı

Əfsanəvi Dünya Möcüzəsi Dənizdən Üzə Çıxdı

Qədim Dünyanın Möcüzəsi: İskəndəriyyə Fənəri

Pharos Fənəri olaraq da tanınan bu möhtəşəm abidə, E.ə. 3-cü əsrdə Ptolemey sülaləsi dövründə inşa edilmişdi. O dövrdə təxminən 100 metr hündürlüyə malik olan bu tikili, qədim dənizçilər üçün bir bələdçi, imperiya üçün isə strateji güc simvolu idi.

Sualtı Tədqiqatlar Tarixi Qapını Ortaya Çıxarır

Fransız tədqiqat mərkəzi CNRS-in arxeoloqu İzabel Hairy-nin rəhbərliyi ilə həyata keçirilən "PHAROS" adlı layihə çərçivəsində, fənərin yerləşdiyi Pharos adası ətrafında çox sayda tikinti daşı aşkar edilib. Sualtı skanlamalar nəticəsində lento, eşik, təməl daşları və mürəkkəb oyma naxışlara malik bir giriş qapısı tapılaraq üzə çıxarılıb.

Layihə, Dassault Systemes-in dəstəyi ilə rəqəmsal texnologiyadan istifadə edilərək davam etdirilir. Mütəxəssislər, fənərin dizaynını və necə dağıldığını virtual mühitdə modelləşdirərək tarixə işıq salmağa çalışırlar. Hairy qeyd edib ki, "Bu iş natamam qalan arxeoloji tapıntıları tamamlamağımıza kömək edir."

Fəlakətlərin Məhv Etdiyi Abidə

İnşa edildiyi dövrdə Aralıq dənizinin ən görkəmli tikililərindən biri olan İskəndəriyyə Fənəri; B.e. 956, 1303 və 1323-cü illərdə baş verən zəlzələlər nəticəsində böyük ziyan gördü. Nəticədə xarabalıqlara çevrilən tikili, 15-ci əsrdə Qaitbay Qalasının inşasında istifadə edildi. Qalanın tikintisində fənərin əhəng daşından olan blokları yenidən formalaşdırılaraq dəyərləndirildi.

Tarixin Unudulmaz Simgəsi

Məşhur Roma sərkərdəsi Yuli Sezarın əsərlərində strateji əhəmiyyətinə diqqət çəkilən fənər, E.ə. 48-ci ildə Ptolemey sülaləsi qüvvələrinə qarşı qazanılan qələbədə həlledici rol oynamışdı. Sezarın nəzarəti ələ keçirməsi, Kleopatranın taxta çıxmasının yolunu açmışdı.

İskəndəriyyə Fənəri; Giza Piramidası və Halikarnas Mavzoleyindən sonra qədim dünyanın ən uzunömürlü tikilisi hesab olunur. Günümüzə qədər heç bir nümunəsi qalmayan Rodos Heykəli, Artemida Məbədi, Zevs Heykəli və Babilin Asma Bağları kimi digər möcüzələr isə tarix səhnəsindən daha tez silinmişdi.

24 saat