Epstein Skanadalında Yeni Faktlar Açıqlandı
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar, uşaq qızlara qarşı cinsi istismar şəbəkəsi yaratmaqda ittiham edilən və həbsxanada ölü tapılan milyarder Jeffrey Epsteina aid olduğu iddia edilən gündəlik cədvəllər, maliyyə hesabatları və uçuş siyahıları kimi yeni qeydləri ictimaiyyətə təqdim edib.
Milyarderlərin Adları Gündəmə Gəldi
Ümumilikdə altı səhifədən ibarət olan və qurbanların adlarını gizlətmək məqsədi ilə geniş şəkildə senzura edildiyi görünən sənədlərdə, dünyanın ən varlı şəxslərindən biri olan sahibkar iş adamı Elon Musk, siyasi strateq Steve Bannon və texnologiya milyarderi Peter Thielin, eləcə də Böyük Britaniya kral ailəsinin üzvü, York hersoqu Şahzadə Endryunun adlarının da yer alması diqqət çəkib.
Muskun Adı Səfər Planlarında
Elon Muskun adı Epsteinın ABŞ-dakı şəxsi adasına 2014-cü il dekabrın 6-da planlaşdırılan səfərə dair qeyddə hallanır. Müvafiq hissədə "Xatırlatma: Elon Musk dekabrın 6-da adaya (bu hələ də qüvvədədirmi?)" qeydinin edildiyi müşahidə edilib. Sənədlərə görə, Epstein 2017-ci il noyabrın 27-də Thiel ilə nahar, 2019-cu il fevralın 16-da isə Bannon ilə səhər yeməyi planlaşdırıb. Həmçinin, Şahzadə Endryunun adı 2000-ci il mayın 12-də Epstein və tərəfdaşı Ghislaine Maxwell ilə Nyu-Cersidəki Teterborodan Floridadakı Vest Palm Biçə həyata keçiriləcək uçuşun siyahısında qeyd olunub.
Bütün Sənədlərin Açıqlanması Tələbi
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar tərəfindən verilən açıqlamada, Epsteinın dəhşətli cinayətlərində iştirak edən hər kəs üzə çıxana qədər mübarizəyə davam ediləcəyi bildirilib. Açıqlamada qeyd olunub: "Hər bir amerikalı bilməlidir ki, Jeffrey Epstein dünyanın ən güclü və varlı adamlarından bəziləri ilə dostluq edib. Üzə çıxan hər yeni sənəd, sağ qalanlar və qurbanlar üçün ədalətin təmin edilməsi istiqamətində bizə yeni məlumatlar verir." Eyni zamanda, ABŞ Ədliyyə Naziri Pam Bondi bütün Epstein dosyasındakı sənədləri açıqlamağa çağırılıb.
Oxucu Şərhləri
Şərh Yaz