Ayağımda problem yoxdur: Sadəcə yorğunluqdur
Aktyor Erdal Özyağcılar ötən həftə İstanbul Hava Limanında əlil arabasında görüntülənib. Ayağında problem olub-olmadığını soran müxbirlərə isə sərt reaksiya verib.
Bebekdə görüntülənən 77 yaşlı usta aktyor müxbirlərə gülümsəyərək "Gəlin baxın, ayağım sağlamdır" deyib. Hava Limanındakı uzun məsafədən şikayətlənən Özyağcılar sözlərinə belə davam edib: "Ora çox uzundur, insan yorulur. Buna görə də əlil arabasına oturdum. Əgər məni Arnavutköydə əlil arabasında görsəniz, yanıma gəlin. Hava Limanı 8 kilometrdir, get-get bitmir. Yenə gedəcəyəm, əlil arabamı hazırlayıblar."
Arnavutköy və Bebekdəki həyat
Arnavutköydə yaşadığını bildirən usta aktyor Bebekin də tez-tez gəldiyi bir yer olduğunu söyləyib: "Burada dostlarım var, onlarla gəlib otururam. Qızım Zeynəb də bura gəlib dənizə girir. Mən də girirəm."
Ən bəyəndiyi gənc aktyorlar
Seriallar və layihələr haqqında danışarkən gənc aktyorlara da təriflər yağdıran Erdal Özyağcılar, son dövrdə ən çox bəyəndiyi kişi aktyorların adlarını çəkib. Özyağcılar deyib: "Kişi aktyorlardan son dövrdə aktyorluğunu bəyəndiyim 5 nəfər var: İlker Aksum, Bülent Şakrak, Cihat Süvarioğlu, Alper Çankaya, Sercan Badur. Bunlar mənim gənc siyahımda ilk beşlikdir. Onların hamısı teatr mənşəlidir. Hamısı güclü aktyorlardır, həqiqətən də dəyərlidirlər!"

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz