Yeni Dövrün Başlanğıcı
İsrailin “Times of Israel” və “Jerusalem Post” kimi media orqanları Prezident Ərdoğanın silahı yerə qoyma prosesini dəstəklədiyini və bunun Türkiyə üçün yeni bir dövrün başlanğıcı olduğunu vurğuladığını çatdırıblar.
86 Milyon Vətəndaş Qazandı
Fransanın RFI xəbər agentliyi Prezident Ərdoğanın “Türkiyə qazandı, 86 milyon vətəndaş qazandı” sözlərinə yer verərək, təşkilatın simvolik silah təhvili mərasimini və ölkənin gələcək strategiyasını təfərrüatları ilə şərh edib.
Mühüm Nailiyyət
İtaliyanın “Quotidiano Nazionale” qəzeti Prezident Ərdoğanın çıxışında Türkiyənin bu prosesi qələbə kimi qiymətləndirdiyini və uzun illərdən sonra mühüm nailiyyətin əldə edildiyini ifadə etdiyini yazıb.
Yeni Bir Səhifə Açıldı
Livan mərkəzli LBCI Lebanon kanalı Prezident Ərdoğanın PKK-nın silah təslim etmə prosesinin başlamasından sonra Türkiyə üçün “yeni bir səhifə açıldığını” bildirdiyini qeyd edib.
Terrorizmin Sonuna Doğru Mühüm Addım
İran mərkəzli Mehr Xəbər Agentliyi də Prezident Ərdoğanın silahı yerə qoyma prosesini “terrorizmin sona çatdırılması yolunda mühüm bir addım” kimi qarşıladığını bildirib.
Sülh və Sabitlik Yolunda
ABŞ mərkəzli FOX 59 telekanalı da Prezident Ərdoğanın PKK-nın silah təhvili prosesinin başlamasının sülh və sabitlik yolunda tarixi bir addım olduğunu vurğuladığını xəbər verib.
Yeni Dövrün Qapıları Açıldı
Yunanıstan mərkəzli “Protothema” qəzeti Prezident Ərdoğanın açıqlamalarını “Türkiyədə yeni dövrün qapıları açıldı” başlığı ilə oxucularına təqdim edib.
Tarixi Astan
Digər Yunan qəzeti “Kathimerini” isə Prezident Ərdoğanın açıqlamalarını və terror təşkilatının silahı yerə qoymasını ölkə üçün “tarixi astana” kimi qiymətləndirib.
Güclü Türkiyənin Qapıları Açıldı
İspaniyanın “Democrata” qəzeti Prezident Ərdoğanın açıqlamalarını “Güclü Türkiyənin qapıları taybatay açıldı” vurğusu ilə çatdırıb və terror təşkilatının silah təhvili prosesini “faciəvi bir dövrün sonu” kimi təsvir edib.
Tarixi Proses
Dubay mərkəzli Al Arabiya kanalı da Prezident Ərdoğanın açıqlamalarına yer verərək Türkiyənin tarixi bir prosesdən keçdiyini qeyd edib.