Türk futbolunun tanınmış simalarından olan Erman Toroğlu, "Sözcü" qəzetinin idman müdiri Yasin Yıldırıma müsahibəsində bir çoxlarının toxunmağa cəsarət etmədiyi məsələlərə aydınlıq gətirib.
Kərəm Aktürkoğlunun transferi və komanda daxili münasibətlər
Erman Toroğlu, Kərəm Aktürkoğlunun "Fənərbaxça"ya transferi ilə bağlı şok iddialar səsləndirib: "Kərəmi "Qalatasaray"da iki futbolçu döyüb. Asan-asan bir futbolçu digərini döyməz. Döyən səhv edər, amma döyüləndə də nəsə olmalıdır. Kərəmdə bir qəribəlik var. Boş yerə futbolçu döyülməz. Ümid edirəm, "Fənərbaxça"da uğurlu olar, istedadlı uşaqdır. Əgər komanda daxilindəki hadisələr doğrudursa, "Fənərbaxça"da çətinlik çəkər. "Qalatasaray" bəzi şeyləri ört-basdır edir, "Fənərbaxça" isə belə deyil, tez üzə çıxarsınız. "Qalatasaray"da örtmə xasiyyəti var".
"Fənərbaxça" seçkiləri və transfer siyasəti
Toroğlu "Fənərbaxça"dakı seçki prosesinə də toxunub: "Fənərbaxçada çox qəribə vəziyyət var. Bir seçki olayına girdilər. İmza toplandı-toplanmadı. "Qalatasaray"da qan gövdə aparır. Təməl atılır, 10 qanlı bıçaqlı adam görüşür. "Fənərbaxça" klubu tennis topu, Əziz Yıldırım və Ali Koç o tennis topu ilə oynayır. Belə bir şey varmı? Ali Koç əsəbiləşib namizəd olmazsa, o futbolçu ilə baş məşqçi nə edər? Necə bir klubdur, anlamadım. Baxırsan son 28 ildə "Qalatasaray"da bacarmayan prezident gedib, gələn də çempion edib. Fenerdə o yoxdur. Onda "Fənərbaxça" səhv edir. İnsan istəyir ki, "Fənərbaxça", "Beşiktaş" da yaxşı olsun, rəqabət olsun. Onsuz da iki komanda qalıb".
Mourinhonun gəlişi və Acunun istefası
Ekspert, Joze Mourinhonun "Fənərbaxça"ya gəlişi ilə bağlı maraqlı detal açıqlayıb: "Ali Koç, Mourinho ilə işləməyəcəkdi, amma Acunun Mourinho ilə danışıqlarını Mourinho Ali Koça danışınca, Londondakı görüşdə işlər dəyişdi. Ondan sonra da Acun getdi. Acun ictimaiyyətdəki imicini çox mənfi yöndə sarsıtdı. Mən tanıyırdım, amma ictimaiyyət tanımırdı. Mənim üçün sürpriz olmadı. İctimaiyyət də tez tanıdı. Heç lazımsız bir iş gördü və getdi".
VAR hakimləri və hüquq büroları
VAR sistemindəki xarici hakimlərin gedişinə toxunan Toroğlu, bu qərarın düzgün olmadığını bildirib: "VAR-dan əcnəbinin çıxmaması lazım idi, amma MHK sədri səhv nisbətlərinə baxınca bir-birinə çox yaxın... VAR təliminə əcnəbinin davam etməsi lazımdır. Sahədəki FİFA hakimi, VAR-dakı aşağı klass hakimi. FİFA, FİFA-ya VAR-lıq etmir. Məncə 8-10 dənə VAR-a yaxşı hakim yetişdirmək lazımdır. Portuqaliyadan gətirdikləri hakim ilə oranı düzəldə bilərlər. Təhsil şərtdir. MHK sədri bir az daha şəffaf olacağını söylədi. Yaxşı olar".
O, həmçinin hakimlər və hüquq büroları arasında yaranan problemlərə də toxunub: "Keçən il çox danışılan bir hadisə var idi. Hüquq büroları hakimlər ilə razılaşaraq məhkəmələrdən milyonları aparırdı. Hətta hakimlərin qəsdən səhv edərək, təhqir davası aldığı belə danışılırdı. Dava açmaqda haqlı idilər, amma bununla TFF-nin vəkilləri maraqlanmalı idi. Keçən il bunu televiziya proqramında dilə gətirmişdim. Artıq bu problem də həll olundu, davalar ilə federasiyanın bünyəsindəki vəkillər maraqlanacaq".
Osimhen transferi və komanda daxili harmoniya
Toroğlu, Osimhen transferinin komanda daxili harmoniya yaratmayacağını iddia edib: "Komanda daxilindəki tarazlığı pozmayacaqsan, futbolçu dedi-qodu yapar. Osimhenə o pulu verdikdən sonra hər matç 3 qol vuracaq. Sənin qapıçın yoxdur. Qapıçı dedi ki, "Osimhenin aldığı pulu alıram". Komanda daxilindəki ahəngi pozar. Bir futbolçu həmişə eyni şəkildə oynaya bilməz. Zədələndi, nə edəcəksən?"
O, "Qalatasaray"ın Çempionlar Liqası səviyyəsində olmadığını da vurğulayıb: "Okan Buruk, "Çempionlar Liqasında uğurlu ola bilmədik, amma Türkiyə liqasında da çempionluq önəmlidir" dedi. Sən bu pullarla Türkiyə liqasında çempion olacaqsansa, dağlara-daşlara transfer etmisən deməkdir. Qarşı gələnlərə "İçimizdəki İrlandalı" deyirlər. Adam səninlə eyni şəkildə düşünmür. Sabah adam haqlı çıxarsa kim İrlandalı olacaq?".
Musleranın itkisi və hakimlərin vəziyyəti
Musleranın komanda üçün böyük itki olduğunu bildirən Toroğlu, "Qalatasaray"ın hazırda "Fənərbaxça"dan bir addım öndə olduğunu qeyd edib.
Türk hakimliyi ilə bağlı fikirlərini bölüşən Toroğlu, gənc hakimlərin yetişməsinin vacibliyini vurğulayıb: "Gənc hakimlərin çıxması lazımdır. Səhv etsinlər, şərtli olmasınlar. Klublar tərəfindən istənilən hakimlərin olmadığı bir liqa olsun istəyirəm".
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz