İngiltərənin Esseks qraflığında irimiqyaslı yanğın: 100-dən çox yanğınsöndürən cəlb olunub
Böyük Britaniyanın Esseks qraflığında yerləşən sənaye obyektlərindən birində genişmiqyaslı yanğın hadisəsi qeydə alınıb. Hadisə yerinə 100-dən artıq yanğınsöndürən və çoxsaylı xüsusi texnika səfərbər edilib.

Yerli hakimiyyət orqanları və şahidlərin bildirdiyinə görə, yanğın başlamazdan əvvəl ərazidə güclü partlayış səsi eşidilib. Yanğının miqyası yanğınsöndürmə briqadalarının fəaliyyətini xeyli çətinləşdirib.
Hanningfield bölgəsindəki sənaye sahəsində baş verən yanğınla əlaqədar ətraf ərazilərdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Sakinlərə hadisə yerinə yaxınlaşmamaq və pəncərələri bağlı saxlamaq barədə xəbərdarlıq edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində intensiv tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırmalara başlanılıb.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz