Fənərbaxça qış fasiləsində komandasını gücləndirməyi planlaşdırır. Baş məşqçi Domenico Tedesco müdafiə xəttinə yeni oyunçu transferi istəyib. Rəhbərlik isə diqqətini Səudiyyə Ərəbistanına yönəldib. Əsas hədəf Merih Demiraldır. Karyerası ərzində bir müddət bu klubun aşağı yaş qruplarında forma geyinmiş və "sarı-lacivərdlilər"in azarkeşi olan milli futbolçu, hazırda mühüm bir qərar ərəfəsindədir. Bir tərəfdə milyonlarla avro, digər tərəfdə isə qəlbinin səsi…
Müqavilənin bitməsiMerih, Fənərbaxçanın "yanvarda gəl" çağırışına müsbət cavab verməyə hazırlaşırdı. Lakin "Əl-Əhli"nin yeni müqavilə təklifi onun fikrini dəyişdirdi. Mövsümün sonunda müqaviləsi başa çatacaq 27 yaşlı müdafiəçi, hazırda illik 12.5 milyon avro qazanır. Yeni təklif isə bu məbləğdən də yüksəkdir. Fənərbaxça isə yalnız Skriniarın maaşı olan 7.5 milyon avroya qədər yüksələ bildi. Hazırda Merih Demiralın verəcəyi cavab gözlənilir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz