Türkiyə Süper Liqa'da 2025-2026 mövsümünün açılış matçından sonra "Fənərbaxça" və "Qalatasaray" klubları arasında gərginlik yenidən alovlanıb.
"Fənərbaxça"dan hakim ittihamları
"Fənərbaxça" İdarə Heyətinin sədr müavini Sertaç Komsuoğlu, "Qaziantep" - "Qalatasaray" matçının hakimi Əli Şansalanın idarəçiliyini sərt şəkildə tənqid edib. Matç bitdikdən dərhal sonra açıqlama yayan Komsuoğlu, Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyini və Hakimlər Komitəsini (MHK) bu "rezalete" görə cavabdeh tutmağa çağırıb.
Komsuoğlu bəyanatında, "Liqanın ilk həftəsində, oyunun başlanğıc fitindən bir neçə dəqiqə keçməmiş, uzun illərdir bütün futbolsevərlərin yaddaşına həkk olunmuş hakim qərarlarının bənzərləri bu axşam da eyni komandanın xeyrinə səhnələşdirilib" deyə qeyd edib.
O, həmçinin, "Sezonun ilk günündən etibarən eyni ssenarinin yenidən dövriyyəyə buraxıldığını, teatrın pərdələrinin yenidən açıldığını bütün Türkiyə olaraq birlikdə görürük. TFF rəhbərliyi və İdarə Heyəti ilk həftədən bu rezalete imza atan MHK-dən bunun hesabını ən qısa zamanda sormalıdır. Çünki həm VAR təyinatı, həm də Əli Şansalanın bu matça təyin edilməsi zihniyyəti açıq-aydın ortaya qoymaqdadır. MHK sədrinin dünəni, bu günü, keçmişdən gələcəyə bütün əlaqələri hər yönü ilə araşdırılmalıdır! Türk futbolundakı bu çirkli struktur, gec ya da tez hər kəsin gözü önündə hesabat verəcəkdir" fikirlərini səsləndirib.
"Qalatasaray"dan cavab gecikmədi
"Qalatasaray" klubu "Fənərbaxça"nın bu ittihamlarına dərhal cavab verib. Klub, yeni transferi Leroy Sanenin sus işarəsi etdiyi fotoşəkili paylaşaraq rəqibinə göndərmə edib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz