Fənərbaxça, Super Liqanın 12-ci turunda öz meydanında Zecorner Kayserisporu 4-2 hesabı ilə məğlub etdi. Matçdan sonra Fənərbaxçanın mətbuat katibi Əli Gürbüz açıqlamalar verib.
Əli Gürbüz komandanın çıxışını dəyərləndirdi
Matçı dəyərləndirən Əli Gürbüz, "Bu gün komandamız çox yaxşı mübarizə apardı. Baş məşqçimizi, texniki heyətimizi, oynayan və oynamayan bütün oyunçularımızı təbrik edirəm. Komandamız çox sıx bir iş qrafiki içindədir. Bir həftədə iki matç oynadıq. Enerjiləri həmişə yüksəkdir, çox çalışırlar. Liqa marafonu uzundur. Matç-matç baxırıq. Əlimizdən gələni edirik. Komanda da çox yaxşı bir səviyyəyə gəlmək üzrədir. Baş məşqçimizlə birlikdə çox yaxşı bir səydədilər. Bu gün azarkeşlərə də ayrı bir abzas açmaq istəyirik. Azarkeşlərimizin böyük marağı və dəstəyi komandamızı da yuxarı çəkir. Komanda yaxşı oynadıqca azarkeş yüksəlir, azarkeş dəstək verdikcə komanda yüksəlir. İkisi bir-birini dəstəkləyir. Azarkeşlərimizə də çox təşəkkür edirik. Qısa bir milli fasilə var. Bu fasiləni çox yaxşı dəyərləndirib komandamızı daha yaxşı hala gətirməyə çalışacağıq. Milli komandaya getməyən oyunçularla baş məşqçimiz çox yaxşı bir çalışma dövrü keçirəcək. Onlar da planlarını hazırlayıblar" sözlərini deyib.
"Plzen matçının hakimiylə bağlı UEFA-ya bir müraciət etdik"
Plzen matçının hakimiylə bağlı UEFA-ya müraciət etdiklərini bildirən mətbuat katibi Əli Gürbüz, mövzu ilə əlaqədar bunları söyləyib:
"Plzen matçının hakimiylə bağlı UEFA-ya bir müraciət etdik. Həm intizam prosesinin işlədilməsi, həm də Fənərbaxçanın bundan sonrakı matçlarına təyin edilməməsi mövzusunda tələbimiz oldu. Dünən axşam etibarilə müraciətimizi etdik. Onunla bağlı da kommunikasiya qrupumuz mətbuata məlumat verəcək."
"Gün keçdikcə komandamızın enerjisi də artır"
Gün keçdikcə komandanın enerjisinin yüksəldiyini deyən Əli Gürbüz, “Biz, rəqiblərimizin nə etdiyindən daha çox öz etdiklərimizlə maraqlanırıq. Biz hər matça 3 xal şüarı ilə çıxırıq. Liqa uzun bir marafon, təbii ki, xal itkiləri olacaq. Bu, hər komanda üçün keçərlidir. Əhəmiyyətli olan daha az xal itkisi olmasıdır. İndiyə qədər komandamız yaxşı gedir. Liqa başındakı xırda xal itkiləri xaricində son bir neçə həftə içərisində çox yaxşı nəticələr alırıq. Gün keçdikcə komandamızın enerjisi də yüksəlir. O da gələcək üçün ümidvericidir. Biz bu maratonda daha çox matç-matç öz komandamızın nəticələrinə baxırıq" ifadələrini istifadə edib.
Hakimlər, idarəçilər və futbolçular üçün başladılan istintaqlar haqqında danışan Gürbüz, “İstintaqla bağlı daha əvvəl də dedi-qodular var idi, amma təxminən 10 gün oldu başlayalı. Biz onsuz da ədalətli və təmiz bir liqa olmasını istəyirik. Səhv etmək insana xasdır, təbii ki, olacaq, amma ən az olmasını istəyirik. Pis niyyət olmasın istəyirik. Başqa bir tələbimiz yoxdur” deyib.
"Yanvar ayı gələndə vəziyyətə baxacağıq"
Transfer dövrü ilə bağlı gələn sualın ardından Əli Gürbüz, “Transfer mövzusuna gəlincə, daha yanvar ayına zaman var. Ertan bəy, qrupu, prezidentimiz və baş məşqçimizlə birlikdə davamlı dialoq halındadırlar. Yanvar ayı gələndə vəziyyətə görə baxacağıq. Təbii ki, baş məşqçimizin tələbləri də əhəmiyyətlidir və idarədə bununla maraqlanan qrupun da işlərini birləşdirəcəklər. Yanvardakı inkişaflara və o zamana qədər komandadakı oyunçuların vəziyyətinə görə baş məşqçimizin tələbi qiymətləndiriləcək. Hazırda onunla bağlı isti bir inkişaf yoxdur” şəklində danışıb.
Əli Gürbüz sözlərini bu ifadələrlə davam etdirib:
“Komanda ilə bağlı qərarları baş məşqçi və texniki heyətlə danışaraq alırıq. Əgər komanda üçün bir problem yaratmayacaqsa, o tələbləri dəyərləndirərik. Texniki heyət və baş məşqçimizin mənfi bir düşüncəsi olarsa, onların dediyini tətbiq edəcəyik.”
Oyunçulara olan güvənlərindən bəhs edən Əli Gürbüz, “Biz baş məşqçimizə də, komandamıza da güvənirik. Səadəddin Saran prezidentimiz də bunu söylədi, toplantıda ifadə etdi: ‘Bizim baş məşqçimiz ən yaxşı baş məşqçidir. Bizim oyunçularımız ən yaxşı oyunçulardır. Biz bunu davamlı hiss etdiririk özlərinə. Bizim vəzifəmiz onların sağlam, xoşbəxt, rahat bir mühitdə sıx bir çalışma etmələrinə imkan yaratmaqdır. Biz əlimizdən gəldikcə bunu edirik, onlar da qarşılığını verirlər” sözlərini sərf edib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz