Almaniyanın tanınmış futbolçusu, bir vaxtlar Fənərbaxçada çıxış etmiş Maks Kruse, Qalatasarayın yeni transferi Leroy Sane barədə sensasiyalı açıqlamalar verib.
Kruse Leroy Sane'nin transferinə münasibət bildirdi
Yay transfer pəncərəsində Bayern Münhendən Qalatasaraya transfer olan Leroy Sane ilə bağlı suallara cavab verən Kruse, alman ulduzun lazımsız bir addım atdığını iddia edib.
"Bu, geriləmə oldu"
Leroy Sanenin Qalatasaraya transferi ilə bağlı "Bir çox insan onun Türkiyəyə transferini karyerasına zərər vuracaq bir addım kimi qiymətləndirdi" şəklində xatırlatma edilən Kruse, "Düşünürəm ki, bu dəyişiklik lazımsız idi. Bayern Münhendə ən yaxşı dövrünü yaşayan bir oyunçu kimi, əlbəttə ki, başqa seçimləri də var idi. Görünür, Qalatasaray ona ən yaxşı təklifi edib. Yenə də hesab edirəm ki, onun Türkiyəyə transferi karyerası üçün çox tez oldu" deyib.
Fənərbaxçaya 31 yaşında imza atdığı xatırladılan Maks Kruse, "Hər şeyə rəğmən, Türkiyə ilhamverici bir ölkədir. Düşünürəm ki, Super Liqa burada bəzən göstərildiyi qədər pis deyil. Sanenin Türkiyəyə transfer olması, onu milli komandaya çağırmamaq üçün heç bir səbəb olmamalıdır" ifadələrini işlədib.
Oxucu Şərhləri
Şərh Yaz