Bob Vylan Qrupunun Konsertləri Ləğv Edildi
İngiltərənin Mançester şəhərində 4-6 iyul tarixlərində keçiriləcək "Radar Festivalı"nın təşkilatçıları, festivalın 4 iyul konsertində səhnəyə çıxması gözlənilən Bob Vylan qrupunun tədbirdə iştirak etməyəcəyini açıqlayıb. Təşkilatçıların qərarından sonra musiqi kollektivinin çıxışı ləğv edilib. Qrup qərara etiraz olaraq "Instagram" hesabından paylaşım edib: "Sükut bir seçim deyil. Fələstin xalqı əziyyət çəkir. Mançester, biz geri dönəcəyik." Qeyd edək ki, qrupun 5 iyul tarixində Fransada keçiriləcək "Kave Fest"dəki konserti də ləğv edilib. Festival təşkilatçıları BBC-yə verdiyi açıqlamada, bu hadisə ilə bağlı yazılı bəyanatın daha sonra veriləcəyini bildiriblər.Glastonbury Festivalındakı Sloganlar və Reaksiyalar
Daha əvvəl İngiltərədə keçirilən dünyaşöhrətli "Glastonbury Festivalı"nda səhnəyə çıxan ingilis pank-rep qrupu Bob Vylan, ifaları zamanı "Azad Fələstin" və "İsrail ordusuna ölüm" şüarları səsləndirmiş, tamaşaçılar da bu şüarlara qoşulmuşdu. Həmin festivalda İrlandiyalı rep qrupu Kneecap da bu xalqa dəstək mesajları verərək, Britaniya hökumətinin qadağan etməyə hazırlaşdığı "Palestine Action" qrupunu səhnədən salamlamışdı. Festivalı canlı yayımlayan BBC, sözügedən qrupun performansını senzurasız yayımlasa da, redaksiya qaydalarını əsas gətirərək Kneecap qrupunun çıxışını canlı yayımlamamışdı.Beynəlxalq Təpkilər və Vizaların Ləğvi
İsrailin London Səfirliyi "X" (Twitter) sosial media platformasındakı paylaşımında festivalda səsləndirilən İsrail əleyhinə ifadələrə etiraz edərək "narahatlıq" duyulduğunu bildirmişdi. Səfirlik konsertdə yəhudilərə qarşı "etnik təmizləmə çağırışı" edildiyini iddia etmişdi. ABŞ Dövlət Departamenti də konsertində "Azad Fələstin" və "İsrail ordusuna ölüm" şüarları səsləndirən Bob Vylan üzvlərinin vizalarını ləğv etmişdi.Qrupun özü isə verdiyi açıqlamada "səslərini yüksəltdikləri üçün hədəfə alındıqlarını" qeyd edərək, "Biz yəhudilərin, ərəblərin və ya başqa bir irqin, yaxud insan qrupunun ölümünün tərəfdarı deyilik. Biz zorakı hərbi mexanizmin dağılmasının tərəfdarıyıq" ifadələrini istifadə etmişdi.