Gözlənilməz dönüş: "Fənərbaxça" və Ederson razılığa gəldi
İstanbulun nəhəng futbol klubu "Qalatasaray"ın diqqət mərkəzində olan və uzun müddətdir danışıqlar apardığı "Mançester Siti"nin braziliyalı qapıçısı Ederson üçün "Fənərbaxça" hərəkətə keçib. "Fənərbaxça" futbolçu ilə şəxsi şərtlərdə razılıq əldə edib.
İngiltərə klubu ilə 15 milyon avro transfer məbləği qarşılığında razılaşan "Fənərbaxça", təcrübəli qolkiperi illik 8+2 milyon avro məvaciblə razı salıb. Braziliyalı oyunçu gün ərzində İstanbula gəlmək üçün hazırlıqlarını tamamlayarkən, transferdə son anda problem yaranıb.
"Mançester Siti"dən gözlənilməz addım: Əvəzedici axtarışı
Edersonu satdıqdan sonra qapıçı transferi etmək istəyən və alacağı futbolçunu Çempionlar Liqasının heyətinə daxil etmək istəyən "Mançester Siti", braziliyalı ulduzun gedişini ləngidir.
"Sky Sports"un məlumatına görə, "Mançester Siti" Gianluigi Donnarumma-nı heyətinə qatdıqdan sonra Edersonun "Fənərbaxça"ya transferinə icazə verəcək. Donnarumma məsələsində PSJ ilə son detalları müzakirə edən İngiltərə klubu, italiyalı qolkiperi gün ərzində İngiltərəyə gətirməyi planlaşdırır. Lakin italyan qapıçı üçün "Qalatasaray" da son anda hərəkətə keçərək oyunçunun istiqamətini İstanbula çevirməyə çalışır.
Oxucu Şərhləri
Şərh Yaz