Şou 01.09.2025

Şahzadə Diananın ölümündən 5 dəqiqə əvvəlki son anları açıqlandı

Şahzadə Diananın ölümündən 5 dəqiqə əvvəlki son anları açıqlandı

Prenses Diana, 31 avqust 1997-ci ildə Parisdə baş verən trafik qəzası nəticəsində həyatını itirməsindən 28 il ötür. 36 yaşında dünyasını dəyişən Diananın faciəvi ölümü dünya miqyasında milyonlarla insanı dərindən sarsıtmışdı.

Qəza baş verdiyi gecə Diana'nın içində olduğu nəqliyyat vasitəsi Parisin Pont de l'Alma tunelindəki baryerlərə çırpılıb. Sürücü Henri Paul və Diananın dostu Dodi Fayed hadisə yerində həlak olub. Təcili yardım qrupları qısa zamanda əraziyə çatıb.

SON ANLAR İŞIQLANDIRILDI

Həmin gecə hadisə yerinə ilk çatanlardan biri olan yanğınsöndürən Xavier Gourmelon, prensesin son anlarına şahidlik edib. Gourmelon, Diananı gördüyü zaman kim olduğunu bilmədiyini, arxa oturacaqdakı “sarışın qadının” huşunun açıq olduğunu və danışa bildiyini bildirib.

Xilasetmə işləri başlamazdan əvvəl Diana'nın əlini tutduğunu və ona sakit olmasını söylədiyini qeyd edən Gourmelon, prensesin qısa müddət sonra ürək tutması keçirdiyini bildirib.

AMBULANSA APARILANDA HƏYATDA İDİ

"The Sun" qəzetinə danışan Gourmelon deyib: "Onun ürəyinə masaj etməyə başladım. Bir neçə saniyə sonra o, yenidən nəfəs almağa başladı. Ambulansa aparılanda həyatda idi, lakin xəstəxanada həyata vida etdi. Bu məni çox kədərləndirdi, o gecəni hələ də unuda bilmirəm."

MƏTBUAT BÖHRANI YARATDI

Diana'nın trafik qəzası keçirməsi xəbərini alan papaçilər dərhal hadisə yerinə gələrək qeyri-insani mənzərələrə səbəb oldular. Diana hələ sağ ikən onun görüntülərini çəkmək istəyən papaçi ordusu sanki bir-biri ilə yarışdı. Bu görüntülər o dövrə damğasını vurmuş və Diananı xilas etmək əvəzinə foto çəkən papaçilər böyük etirazlara səbəb olmuşdu.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz