İdman 22.07.2025

Fənərbağçalı futbolçu Sakaryaspora keçdi

Fənərbağçalı futbolçu Sakaryaspora keçdi
Fənərbaxça Emre Demiri icarəyə verdi

Emre Demir Sakaryasporda

Fənərbaxça Futbol Klubu 21 yaşlı oyunçusu Emre Demirin icarəyə verildiyini açıqlayıb. Gənc futbolçu mövsüm sonuna qədər satın alma opsiyonu ilə Sakaryasporun heyətində yer alacaq.

Klubun açıqlaması

Klubun rəsmi saytında yayımlanan məlumatda "Peşəkar futbolçumuz Emre Demir 2025-2026 mövsümünün sonuna qədər satın alma opsiyonu ilə birlikdə icarə əsasında Sakaryaspor Klubuna transfer olunmuşdur. Gənc oyunçumuza yeni komandasında uğurlar arzulayırıq" deyilir.

Transfer tarixi

Emre Demir 2023-cü ilin yanvar ayında Barselonadan Fənərbaxçaya heç bir bonservis ödəmədən keçmişdi.

Emre Demir

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz