İdman 08.10.2025

Fənərbaxçada Duranla bağlı idarənin qəti mövqeyi

Fənərbaxçada Duranla bağlı idarənin qəti mövqeyi

Jhon Duran məsələsi "Fənərbağça"da narahatlıq yaradır

Mövsümün əvvəlində böyük ümidlərlə transfer edilən Jhon Duranın səhhəti "Fənərbağça"da narahatlıq yaratmağa başlayıb. Baldır sümüyündəki iltihablanma səbəbindən müalicə alan və yenidən meydanlara qayıtmağa hazırlaşan Duranla bağlı hələ də sual işarələri var. "Fənərbağça" rəhbərliyi bu səbəbdən kolumbiyalı forvardın menecerini İstanbula dəvət edib. Görüşdə sarı-lacivərdli idarəçilər "Əgər zədə davam edərsə, qış fasiləsində yollarımızı ayırarıq" deyə ultimatum verib. Duran indiyədək Avropada 2 və Super Liqada 6 oyun olmaqla, ümumilikdə 8 qarşılaşmanı buraxıb.

Yeni forvard axtarışlarına başlanılıb

21 yaşlı futbolçunun milli fasilədə məşqlərə çıxması gözlənilir. Duranın səhhəti həkimlər və texniki heyət tərəfindən yaxından izləniləcək. Kolumbiyalı futbolçunun "Fənərbağça"dakı gələcəyi ağrılarının olub-olmaması ilə müəyyənləşəcək. Klub prezidenti Səadəddin Saranın idarə heyətinə qış fasiləsində yeni bir qolçu transferi üçün hazır olmaları barədə tapşırıq verdiyi öyrənilib. Avropada yeni bir forvard transferi üçün oyunçu axtarışına başlayacaq olan rəhbərlik, qış fasiləsində yaşanacaq yeni bir böhranın qarşısını almağı hədəfləyir.

24 saat

Oxucu Şərhləri

Samir Quliyev
08.10.2025 10:54
Bu məsələ məni də düşündürür. Jhon Duran kimi perspektivli bir oyunçunun zədə səbəbindən komandaya istədiyi qədər kömək edə bilməməsi təəssüf doğurur. Klubun bu qədər qısa müddətdə belə qəti qərar qəbul etməsi, yəqin ki, mövsümün əvvəlindəki umudləri və indik vəziyyətin fərqini göstərir. Maraqlıdır, bu cür zədələrlə mübarizə aparan futbolçuların karyeralarını davam etdirmələri üçün tibbi və texniki dəstək sistemləri nə qədər effektivdir?
Fərid Raufov
08.10.2025 10:50
Bu xəbər məni biraz təəccübləndirdi, çünki Duranın transferi zamanı böyük ümidlər var idi. Düşünürəm ki, idmançının səhhəti ilə bağlı bu cür qəti qərar qəbul etmək çətin olmalı. Bəs sizcə, bir klub bu əqdər tez müddətdə belə bir qərar verməli, yoxsa futbolçuya daha çox vaxt tanımalıdır?

Şərh Yaz