Gündəm 06.10.2025

Fələstinsiz Qəzzə idarəçiliyi

Fələstinsiz Qəzzə idarəçiliyi
Həftənin əvvəlində Britaniyanın keçmiş Baş Naziri Tony Blairin Qəzzanın idarəçiliyi üçün hazırladığı müvəqqəti plan layihəsi sızdırıldı. 2001-ci ildə ABŞ-ın təşviqi ilə İngiltərəni İraq müharibəsinə aparan Tony Blair indi də ABŞ-ın təşviqi ilə Qəzzanın başına keçməyə hazırlaşır.

Qəzza Beynəlxalq Müvəqqəti Təşkilatı (QİMTT)

Qəzza Beynəlxalq Müvəqqəti Təşkilatı (QİMTT) adlanan bu quruluşun ən yüksək səviyyəsində milyarderlər və iş adamlarından ibarət beynəlxalq bir şura, ən aşağı səviyyəsində isə ciddi yoxlamalardan keçmiş və iştirakçı ölkələr tərəfindən "bitərəf" olaraq təsdiqlənmiş Fələstinli rəhbərlər yer alır.

Vəzifəsindən ayrıldıqdan sonra dünya miqyasında təsirini artırmaq və sərvətini böyütməklə məşğul olan Tony Blairin Qəzzanı idarə etmək üçün qurduğu komandada tək bir Fələstinli belə yoxdur.

Layihə sənədinə görə, QİMTT müvəqqəti dövrdə Qəzza üzərində "ən yüksək siyasi və hüquqi səlahiyyətə" malik olacaq. İsrail mənbələrinə görə, bu plan Ağ Ev tərəfindən də dəstəklənir.

Qəzzanın Yeni Hahamı, Aryeh Lightstone

Aryeh Lightstone, iş adamı və hahamdır. Lightstone, ABŞ və İsrail dəstəkli "Qəzza Humanitar Fondu"nun qurucularındandır.

UNRWA-nın dağılmasından sonra Qəzzaya humanitar yardım paylamaq missiyası ilə qurulan fond, "yardım paylama şəbəkəsi"nin mərkəzlərində ABŞ-lı muzdlu əsgərlərin 2 mindən çox Fələstinlini öldürməsi ilə tanınır.

ABŞ prezidenti Donald Tramp dövründə ABŞ-ın İsrail səfiri David Friedmanın müşaviri olan Lightstone, bu gün Yaxın Şərq üzrə xüsusi nümayəndə Steve Witkoff ilə yaxından işləyir.

Lightstone, BMT danışıqlarında iki dövlətli həllin "zamansız" olduğunu və prioritetin "Həması səhnədən silmək" olduğunu müdafiə edib.

Riviera Həvəskarı, Naguib Sawiris

Naguib Sawiris, Misirin ən zəngin insanı kimi tanınır. Telekommunikasiya nəhəngi Mobinil-in qurucularından olan Sawiris, Tony Blair ilə uzun illərə dayanan yaxın bir əlaqəyə malikdir.

İkili Qahirədən Saint Tropezə, Mikanosdan Cənubi Afrikaya qədər bir çox yerdə birlikdə görüntülənib.

Sawiris, sərbəst bazar tərəfdarı mövqeyi ilə tanınır. Misir ordusunun iqtisadiyyata həddən artıq müdaxilə etdiyini düşünür.

Birləşmiş Ərəb Əmirlikləri ilə yaxın əlaqələr quran Sawaris, ABŞ prezidenti Donald Trampın Qəzza planı olan "Yaxın Şərqin Rivierası" planını bölüşür.

Sawaris eyni zamanda Ərəb Baharı sonrası liberal meylli Azad Misirlilər Partiyasının qurucusudur.

Trampın Yaxın Dostu, Milyarder Marc Rowan

ABŞ-lı sərmayəçi Marc Rowan isə 10 milyard dollardan çox sərvəti ilə Wall Streetin ən güclü adlarından biridir.

Apollo Global Management-in CEO-su olan Rowan, İsraili "xüsusi bir sığınacaq" olaraq xarakterizə edir və İsrail ordusuna açıq dəstək verir.

Apollo Global Management, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri sərmayəçiləri adına əhəmiyyətli bir məbləğ də daxil olmaqla, 840 milyard dollarlıq aktiv idarə edir.

Rowan, keçən il İsraildə verdiyi bir müsahibədə, "Əbu Dabi və Birləşmiş Ərəb Əmirlikləri, Apollonun ən böyük sərmayəçiləridir" demişdi.

2020-ci ildə ABŞ prezidenti Donald Trampın kampaniyasına 1 milyon dollar bağışladı. 2024-cü ildə Trampın Xəzinə Naziri olması üçün dəyərləndirildi.

Avropalı Siyasətçi, Sigrid Kaag

Bu adların yanında yer alan Sigrid Kaag isə münaqişə bölgələrində vəzifə yerinə yetirmiş bir diplomatdır.

Kaag, Qəzzadakı dağıntını "insanlığın vicdanında qalacaq bir rüsvayçılıq ləkəsi" olaraq xarakterizə edir və yardımın silaha çevrildiyini söyləyir.

Hollandiyalı siyasətçi, Qəzzada baş verənlərin "hamımızı narahat edəcəyini" və bunun "kollektiv vicdanımızda bir ləkə" olduğunu bildirir.

Qəzzada yardım paylanmasını idarə edən fəaliyyətləri haqqında danışan Kaag, İsrailin xalqı "ciddi şəkildə travmatizə etdiyini və insan ləyaqətinə yaraşan hər şeydən məhrum etdiyini" qeyd etdi.

Kaag, yardımların BMT əvəzinə GHF vasitəsilə paylanmasının "yardımın silah olaraq istifadə edilməsinə yol açdığını və Həmasın daha əvvəl yardımları ələ keçirdiyi yönündəki ittihamların sübut edilməmiş" olduğunu dedi.

24 saat

Oxucu Şərhləri

Elnur Qasımov
06.10.2025 10:44
Tony Blair'in Qəzza üçün hazırladığı idarəçilik planı ilə bağlı bu məqaləni çox dəyərləndirirəm. Məqalədə qeyd olunduğu kimi, Blair'in keçmiş təcrübələri və bu yeni təşəbbüsün tərkibi diqqətəlayiqdir. Beynəlxalq müvəqqəti təşkilatın tərkibində Fələstinlilərin təmsil olunmaması və planın ABŞ tərəfindən dəstəklənməsi ciddi suallar doğurur. Məqalə bu məsələləri vurğulayaraq, oxuculara hadisələrin mürəkkəbliyini anlamağa kömək edir.

Şərh Yaz