Maraqlı 27.11.2025

Fənərbaxça evdə Ferencvarosla xal bölüşdü

Fənərbaxça evdə Ferencvarosla xal bölüşdü

"Bu matçı səbirsizliklə gözləyirik"

Fenerbahçenin baş məşqçisi Domenico Tedesco, UEFA Avropa Liqasında Macarıstan təmsilçisi Ferençvaroşla keçiriləcək oyun öncəsi mediaya açıqlamalar verib.

Qarşıdakı oyunla bağlı fikirlərini bölüşən Domenico Tedesco həm liqa, həm də Avropa matçlarında asan oyun olmadığını vurğulayıb. O bildirib ki, komanda bu matçı oynamaq üçün səbirsizlənir. "Rəqibimiz 10 xalla turnir cədvəlində yuxarı pillələrdə qərarlaşıb. Biz də sıralamada irəliləmək və daha çox xal qazanmaq istəyirik. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik," – deyə baş məşqçi qeyd edib.

Gənclər akademiyasının əhəmiyyəti vurğulandı

Təcrübəli mütəxəssis Fenerbahçenin gənclər akademiyasına səfərinin əhəmiyyətindən danışıb. "Akademiyaya etdiyim səfər çox önəmli idi. Uşaq-gənclər futbolu həqiqətən mühüm bir sahədir və bizim yaxşı bir akademiyamız var. Orada müsbət enerji və yüksək iş keyfiyyəti müşahidə olunur. Belə səfərlər çox dəyərlidir. Əsas komandaya oyunçular və baş məşqçilər gəlib-gedir, lakin akademiya həmişə sabit qalır. Bu səbəbdən gənclər akademiyaları çox vacibdir," – deyə Domenico Tedesco sözlərinə əlavə edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz