Dünya 11.07.2025

F-35 İsrail və Yunanıstanı təşvişə saldı: Ege və Aralıqda Türkiyənin gücü artır

F-35 İsrail və Yunanıstanı təşvişə saldı: Ege və Aralıqda Türkiyənin gücü artır

İsrail rəsmisindən F-35 təyyarələri ilə bağlı çağırış

Adı açıqlanmayan yüksək rütbəli İsrailli rəsmi ABŞ Konqresinə diqqət çəkən bir çağırış edib. Rəsmi, Türkiyəyə F-35 təyyarələrinin satılmaması gərəkdiyini müdafiə edərək, Ankaranın regional təhlükəsizlik hədəflərinin "uzun müddətdə İsrailin təhlükəsizliyi üçün təhdid yaratdığını" iddia edib.

Qüvvə balansının dəyişmə ehtimalı

İsrail ordusunda "Adir" olaraq bilinən F-35 qırıcılarının İranın nüvə proqramına qarşı son əməliyyatlarda kritik rol oynadığını xatırladan İsrailli rəsmi, Türkiyənin bu qırıcılara sahib olmasının "bölgədə qeyri-sabitliyə yol aça biləcəyini" irəli sürüb. Türkiyənin hərbi potensialının bu səviyyəyə çatmasının, Yaxın Şərqdə qüvvələr balansına əhəmiyyətli dərəcədə təsir edə biləcəyi vurğulanıb.

Rəsmi qeyd edib ki, Türkiyənin İsraillə birbaşa hərbi qarşıdurmaya girməsi hazırda ehtimal daxilində deyil. Lakin, "bu ehtimal zamanla gerçəkləşə bilər" deyərək, xüsusilə Suriya cəbhəsinin hər iki ölkə üçün kritik bir sahəyə çevrildiyini bildirib.

Yunanıstanın narahatlığı

Yunan mediası da İsrailli rəsmisinin açıqlamalarına geniş yer verib. Xəbərlərdə, Türkiyənin F-35 donanmasına qoşulmasının yalnız İsrail deyil, Yunanıstan və Cənubi Kipr kimi bölgə ölkələri üçün də regional təhlükəsizlik narahatlıqlarını artırdığı qeyd olunur. Ankara hərbi imkanlarının bu cür artımının Egey və Şərqi Aralıq dənizindəki güc balanslarını Türkiyənin lehinə dəyişdirə biləcəyinə diqqət çəkilib.

Qırıcı proqramından çıxarılma və son inkişaflar

2019-cu ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi satın almasından sonra Ankara, ortaq istehsalçı olduğu F-35 proqramından çıxarılmışdı. Lakin son dövrdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında dialoqun irəliləməsi, Türkiyəyə bu qırıcıların satışı mövzusunu yenidən gündəmə gətirib. Bu çərçivədə, ABŞ-ın Ankaradakı səfiri Tom Barrack da keçən günlərdə verdiyi açıqlamada, Türkiyəyə yenidən F-35 satılmasının mümkün ola biləcəyini ifadə edib.

24 saat