Fenerbahçe transferdə istiqamətini yenidən İngiltərə Premyer Liqasına yönəldib. Sarı-göylərin hədəfindəki yeni ad Yamaykalı Leon Patrick Baileydir. "Aston Villa"da çıxış edən 28 yaşlı futbolçu sürəti, çevikliyi və top texnikası ilə diqqət çəkir. Baş məşqçi Joze Mourinyo müasir futbolda arzulanan qanad oyunçusu profili olan Beylini heyətində görmək arzusundadır. İstanbul təmsilçisinin rəhbərliyi də dərhal fəaliyyətə keçərək "Aston Villa" ilə əlaqəyə başlayıb. Türk klubu menecer Muzzi Özcan vasitəsilə İngiltərə təmsilçisinə öz təklifini irəli sürüb.
İcarə Seçimi Gündəmdədir
"Aston Villa" futbolçu üçün 25 milyon avro tələb edib. Türkiyə klubu bu məbləği ilkin mərhələdə yüksək hesab etdiyi üçün, məcburi satınalma opsiyası ilə icarə təklifi verməyi planlaşdırır. Beylinin illik maaş tələbi ilə bağlı heç bir problem yoxdur. İstanbul klubu ona 3 milyon avro xalis əmək haqqı ödəməyə hazırdır. Müzakirələrin yaxın günlərdə sürətlənəcəyi gözlənilir. Ulduzu "Bayer Leverkuzen"də parlayan və dörd il əvvəl "Aston Villa"ya transfer olan 28 yaşlı vinger, ötən mövsüm 28 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.