YUVENTUS HEYƏTİNƏ YENİ HÜCUMÇU QATIR
Klublararası Dünya Kubokunda son 16 turuna vəsiqəni təmin edən Juventus heyətinə ulduz hücumçu cəlb etməyə hazırlaşır. Türkiyənin "Fənərbağça" klubunun da maraqlandığı, sərbəst statuslu kanadalı forvard Jonathan Davidin transferində razılıq əldə edilib. Turin təmsilçisi Davidi bütün şərtlər üzrə razı salıb. "Lill" ilə müqaviləsi bitən və bonservisi əlində olan David yeni mövsümdə "Juventus" formasını geyinəcək.
ORLANDODA ƏSASLI GÖRÜŞLƏR
"Juventus"un Baş Direktoru Damien Komolli Orlandodakı klub düşərgəsinə gələrək Jonathan David transferi üçün danışıqları sürətləndirib. Komollinin baş icraçı direktor Mauritsio Skanavino, idman məsləhətçisi Corco Kyellini və baş məşqçi İqor Tudor ilə hərtərəfli transfer dəyərləndirməsi apardığı bildirilir.
HÜCUMÇUDAN FƏDAKARLIQ
"Lill" ilə müqaviləsi bitən və bonservisi əlində olan David "Juventus"a keçmək üçün daha yüksək əmək haqqı təkliflərindən imtina etməyə hazırdır. Futbolçunun illik 6 milyon avro əmək haqqı və 2 milyon avro bonus paketi üzərində razılıq əldə edildiyi bildirilir. Bundan əlavə, imza haqqı ilə bağlı da əsasən uzlaşma təmin olunub.
YALNIZ KOMİSSİYA MƏSƏLƏSİ QALIB
Tərəflər hazırda yalnız menecer komissiyaları üzərində cəmləşib. Danışıqlarda bir neçə milyon avroluq fərq olduğu qeyd edilsə də, Davidin təmsilçilərinə “razılaşmanı asanlaşdırın” mesajı verdiyi bildirilir.
İMZA YAXINDIR
Hər şey plana uyğun getsə, transferin rəsmiləşməsi 30 iyun – 1 iyul tarixləri arasında, “Mançester Siti” ilə oyundan sonra və son 16 turu öncəsi baş tuta bilər.