Şou 31.07.2025

Ferdi Tayfurun gizli video kadrları üzə çıxdı

Ferdi Tayfurun gizli video kadrları üzə çıxdı

Arabesk musiqisinin əfsanəvi nümayəndəsi Ferdi Tayfur'un vəfatından əvvəl çəkildiyi iddia edilən və daha əvvəl heç yayımlanmamış son görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Mərhum sənətçinin meneceri və eyni zamanda bacıoğlu Şirin Gözalıcı videonu "Mənim təvazökar, canım kral əmim. Cənnətin ən gözəl yerində olduğundan heç şübhəm yoxdur" sözləri ilə paylaşıb. Bu videoda sənətçi pərəstişkarlarına müraciət edərək deyir:

"Deyirlər ki, bu dünyada xeyriyyəçilik edənlərin, xeyirxahlıq edənlərin o dünyada villalarının altından çaylar axacaqmış. Baş üstə, lakin mən Allaha şükür edirəm ki, hələ həyatda ikən dəniz üzərində yaşayıram. Rəbbim mənə belələrini nəsib etdi. İnşallah, o dünyada mənə bir ağac kölgəsi belə bəs edər. Yetər ki, əməllərim təmiz olsun, hər kəsə sevgilərimi və hörmətlərimi çatdırıram."

Sosial şəbəkələrdə qısa zamanda gündəmə gələn videodakı bu səmimi sözlər izləyiciləri dərindən təsirləndirib. Həmçinin, kadrlarda sağlamlıq problemləri ilə mübarizə aparan sənətkarın yorğun və taqətsiz halı da diqqətdən yayınmayıb.

Videonun paylaşılmasına cavab olaraq pərəstişkarları usta sənətçiyə olan həsrətlərini və kədərlərini ifadə edən şərhlər yazıblar.

Sənətkarın Vəfatı

Milyonların sevgisini qazanmış usta sənətçi Ferdi Tayfur, 2024-cü il dekabrın 15-də qəfildən halı pisləşərək xəstəxanaya yerləşdirilmişdi.

Elə həmin gün təcili ürək əməliyyatı keçirən və ardınca böyrək nəqli edilən Tayfur, o tarixdən etibarən reanimasiya şöbəsində müalicə alırdı.

Lakin vəziyyəti getdikcə ağırlaşan sənətçi, 2025-ci il yanvarın 2-də orqan çatışmazlığı səbəbindən həyata vida etmişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz