MƏNİM VASİTƏMLƏ ÖZÜNÜ TƏMİZƏ ÇIXARMAĞA ÇALIŞIR
"Heç kimdən pul almadım. Fikirlərim də dəyişməyib. Dilan Polatı iki dəfə canlı görmüşəm. İlk görüşümüzdə qucaqlaşanda çox ağlayırdı. Ağlayan bir insanı kənara itələyə bilməzsən. Bu, ikinci görüşümüz idi. Özünü çox pis hiss etdiyini deyərək məni çağırdı. Getmək istəməsəm də, israr etdi. Evinin ünvanını belə bilmirdim. 'Əgər video çəkməyəcəksənsə, sağlamlığını merak etdiyim üçün gələrəm' dedim. Ona 'Sən nifrət obyektinə çevrilmiş bir insansan, bu qədər cahil olmamalısan. Ərin vergi yayınçılığı edir, kara pul axtalanması ilə mühakimə olunursunuz, bu cəmiyyət sənə heç vaxt simpatiya bəsləməyəcək. Sizin pulunuz halal deyil' söylədim."
XEYİRXAH DUYĞULARIMI SUİ-İSTİFADƏ ETDİ
"Dilanın pis bir qız olduğunu düşünmürəm. Məncə, o, xəstədir və müalicə olunmalıdır. Mənə qarşı xeyirxah duyğularımı sui-istifadə etdi. Mənim vasitəmlə özünü təmizə çıxarmağa çalışır. Bunu qəbul etmirəm. Məni bu vəziyyətə saldığı üçün çox qəzəbliyəm. Çoxlu tənqidlərə məruz qalır, lakin bunun səbəbini anlamır. Telefon artıq Dilan Polatın bir üzvünə çevrilib. Nə etməməli olduğunu bilsə də, özünü saxlaya bilmir. İctimaiyyəti məşğul etdiyim üçün üzr istəyirəm. Bu görüşün üçüncüsü olarsa, üzümə tüpürsünlər."

Oxucu Şərhləri
Şərh Yaz