1996-cı ilin Türkiyənin ən yaxşı modeli seçilmiş Güzide Duran, 2008-ci il aprelin 3-də Çırağan sarayında iş adamı Adnan Aksoy ilə ailə həyatı qurmuşdu. Bu evlilikdən onların iki övladı dünyaya gəlsə də, cütlüyün münasibətlərində gərginlik yarandı və onlar boşanmaq qərarına gəldilər.
Duranın adı "Qalatasaray"ın baş məşqçisi Okan Burukla eşq dedi-qodularına qarışmışdı. Adnan Aksoy isə həyat yoldaşının ona xəyanət etdiyini və təhqirlərə yol verdiyini iddia edərək, simvolik olaraq 2 lirə təzminat tələb etmişdi. Öz növbəsində Duran boşanmanın səbəbkarının əri Aksoy olduğunu irəli sürərək, ona qarşı 20 milyon lirəlik təzminat tələbi ilə iddia qaldırdı və şiddətə məruz qaldığını iddia etdi.
Boşanma prosesi davam edərkən Güzide Duranın bir müddətdir "Beşiktaş" klubunun keçmiş prezidenti Fikrət Ormanla görüşdüyü barədə şayiələr yayılmışdı. Ötən həftə cütlüyün Arnavutköydə bir məkandan çıxarkən obyektivlərə düşməsi ilə bu münasibət təsdiqini tapdı.
“Hələ də soyadımı daşıyır” iddiası
Yeni münasibətin üzə çıxması hələ də boşanma prosesində olan həyat yoldaşı Adnan Aksoyün sərt reaksiyasına səbəb oldu. Aksoy, sosial media üzərindən etdiyi kəskin çıxışında keçmiş xanımının hələ də onun soyadını daşıdığını vurğulayaraq, bu vəziyyəti "ibrətamiz bir mənzərə" adlandırdı. O, "Bu ibrətamiz görüntüləri heç bir əxlaq və vicdan sahibi şəxs təsdiq və qəbul edə bilməz! Çünki boşanma iddiaları davam edir və təəssüf ki, bu şəxsiyyət mənim soyadımı daşıyır. Evlilik birliyinə hörmətdən əlavə, bu həyat tərzi və düşüncəsizlik, geridə qalan uşaqlara qarşı ən yüngül ifadə ilə desək, xəyanətdir," – deyə bildirmişdi.
Soyaddan imtina
Adnan Aksoyun "Hələ də bu şəxsiyyət mənim soyadımı daşıyır" sözlərindən sonra Güzide Duranın sosial media hesablarından "Aksoy" soyadını sildiyi müşahidə edildi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz