İdman 05.07.2025

Fluminense yarımfinaldə: İkiqat dəyərli rəqibi keçdi

Fluminense yarımfinaldə: İkiqat dəyərli rəqibi keçdi
2025-ci il FIFA Klublararası Dünya Çempionatının dörddəbir final mərhələsində Braziliya təmsilçisi Fluminense Səudiyyə Ərəbistanının Al Hilal klubu ilə üz-üzə gəlib. ABŞ-ın Orlando şəhərindəki Kempinq Vorld Stadionunda baş tutan görüşdə Fluminense rəqibi Al Hilalı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Braziliya təmsilçisinin qollarını 40-cı dəqiqədə Martinelli, 70-ci dəqiqədə isə Herkules vurub. Səudiyyə Ərəbistanı komandasının yeganə qolunu 51-ci dəqiqədə Markos Leonardo fərqləndirib.

Dəyər Fərqi Diqqət Çəkdi

Ümumi heyət dəyəri 86.15 milyon avro təşkil edən Braziliya kollektivi Fluminense, tərkibində dünya ulduzları olan və 161.58 milyon avroluq heyət dəyərinə malik Al Hilalı turnirdən kənarlaşdırıb. Fluminense yarım finalda Palmeiras - Çelsi cütlüyünün qalibi ilə qarşılaşacaq. Braziliya təmsilçisi 2025-ci il FIFA Klublararası Dünya Çempionatında indiyədək keçirdiyi heç bir matçda məğlubiyyət üzü görməyib.

24 saat