Aparıcı Burcu Esmersoy (48) təyyarədə tanış olduğu iş adamı Nazım Akmandil (32) ilə 2 sentyabr 2023-cü ildə İtaliyada nikah masasına oturmuşdu.
Üçüncü evliliyində aradığı xoşbəxtliyi tapan və ruh halı yerində olan Esmersoy hazırda istirahət edir.
"Qəlbim yüngül, zehnim sakit"
Yunanıstanın Kimolos adasına səyahət edən aparıcı hisslərini İnstaqram hesabında bu sözlərlə ifadə edib:
"Kiçik bir təbəssüm, xoş bir söz, günəşli bir səhər və ya sakit bir axşam... Bunların hamısı bir hədiyyədir.
Şükür etmək; əlimizdəkinin dəyərini bilmək və həyatın möcüzələrini çoxaltmağın ən güclü yoludur."
"Qəlbim yüngül, zehnim sakitdir və mən çox xoşbəxtəm. Sabahlar daha böyük gözəlliklərlə doludur..."
"Yanında yatmaram, xoruldayaram"
Burcu Esmersoy, Nazım Akmandil ilə tanışlıq hekayəsini Ceyda Düvənciyə danışmışdı:
"Bir səhər saat 08:15 reysli təyyarə ilə Berlinə uçarkən, tamamilə boş təyyarədə 2A və 2B yerlərində oturduq. Boş təyyarədə yan-yana!
Təyyarə qalxmazdan əvvəl yatıram, yorucu iş tempim olduğu üçün həmişə yatıram. Dik vəziyyətdə yata bilən bir insanam, 'nə qədər xoş uşaqdır, yanında yatmayım, indi xoruldayaram' deyə başqa yerə oturdum."
"Təyyarə endi, düşdük və pasport növbəsi ilə qarşılaşdım, 1 saat 45 dəqiqə! Həmin növbədə iki türk, danışmağa başladıq. Bu hekayəni heç kim bilmir, ilk dəfə danışıram."
Burcu Esmersoy 2005-2008-ci illər arasında Massimo Kusimano, 2018-2019-cu illər arasında isə Berk Suyabatmaz ilə evli olmuşdu.
Oxucu Şərhləri
Şərh Yaz