İdman 10.07.2025

Gençlerbirliyi Süper Liqada möhkəmlənməyi hədəfləyir

Gençlerbirliyi Süper Liqada möhkəmlənməyi hədəfləyir

Paytaxt Ankarada yerləşən Gençlerbirliği futbol klubunun prezidenti Osman Sunqur, klubun İlhan Cavcav Təsisatlarında təşkil olunan məşq öncəsi mətbuat nümayəndələri ilə görüşüb.

Mətbuat konfransında Sunqur komandanın hədəfləri, transfer siyasəti və maliyyə vəziyyəti ilə bağlı geniş açıqlamalar verib. O bildirib ki, Gençlerbirliği Süper Liqə sadəcə yüksəlməyib, əslində öz doğma, layiqli yerinə qayıdıb. Sunqur vurğulayıb: "Ən azından, Süper Liqdə müəyyən imkanlar var. Birinci Liqada olarkən daha böyük çətinliklər yaşadıq. Məhdud büdcəmizlə, korporativ idarəetmə və rəhbərliyin dəstəyi ilə Süper Liqə çıxdıq. Bu da böyük bir nailiyyət sayılır.”

‘Hədəfimiz Liqada Qalmaqdır’

Gençlerbirliği klubunun hər zaman aid olduğu yerin Süper Liq olduğunu qeyd edən klub prezidenti, sözlərinə belə davam edib: "Ötən gün federasiyamızın maliyyə üzrə ümumi iclası keçirilmişdi. Həmin iclasda Gençlerbirliği adının nüfuzunu bir daha aydın şəkildə müşahidə etdim. Toplantıda heç kim bizə 'xoş gəlmisiniz' demədi, əksinə, hər kəs 'uğurlar' arzuladı. Bu da, Süper Liqdə ən uzun müddət qalan yeddi komandadan biri olduğumuz üçün təbii idi."

‘Yaxşı Heyət Quracağıq’

Transfer prosesinə qapıçı ilə başladığını ifadə edən Sunqur bildirib: "Geridən başladıq: qapıçı, sağ cinah müdafiəçisi, sol cinah müdafiəçisi və mərkəz müdafiəçisi mövqeləri. Tələsmək lazım deyil, çünki çoxlu alternativlər mövcuddur. Doqquz nəfərdən ibarət peşəkar heyətimiz, demək olar ki, sutka boyu oyunçu araşdırması aparır. Dünyanın hər yerindən oyunçularla maraqlanırıq. Daha əvvəl Türkiyədə oynamamış yeni futbolçuların da komandaya cəlb edilməsi nəzərdə tutulur. Yaxşı bir heyət quracağıq. Çünki Ankara şəhəri artıq böyük uğurlara ehtiyac duyur, hazırda şəhərdə cəmi bir Süper Liq komandası var."

24 saat