Şou 17.07.2025

Gözəl Aktrisanın Atasının Kimliyi Şok Etdi

Gözəl Aktrisanın Atasının Kimliyi Şok Etdi
Ünlü aktrisa Bige Önal sosial media hesabından etdiyi nostalji paylaşım ilə izləyicilərini həm duyğulandırdı, həm də təəccübləndirdi. Qara-ağ bir kadrda Türkiyə Milli Komandası formasında olan bir futbolçunun fotosunu paylaşan aktrisa, altına sadəcə "Baba" sözünü yazdı. Fotoşəkildəki şəxs, "Qalatasaray"ın əfsanəvi futbolçularından Erhan Önal idi. Bu detalı bilməyən bir çox insan üçün paylaşım, həm aktrisanın şəxsi keçmişinə, həm də Türk futbol tarixinə dair mənalı bir pəncərə açdı.

"Papaz Erhan" Ləqəbli Əfsanə Futbolçu

Məşhur futbolçu karyerasına Almaniyada başlamışdı. O, xüsusilə 1985-1992-ci illər arasında "Qalatasaray" forması ilə göstərdiyi performansla yaddaşlarda qalıb. Erhan Önal həm də Türkiyə Milli Futbol Komandasının formasını da şərəflə daşımışdı. Uzun saçları və saqqalları ilə tanınan idmançı, bu görünüşünə görə azarkeşlər arasında "Papaz Erhan" ləqəbi ilə anılırdı. O, 1992-ci ildə "Qalatasaray"da futbolla vidalaşmışdı.

Aktrisanın Duyğusal Mesajı

Aktrisanın paylaşımı qısa müddətdə minlərlə bəyənmə topladı. Onun atasına bəslədiyi hörmət və sevgi, sadə bir sözlə belə güclü şəkildə hiss edildi. Ürək emojisi ilə birlikdə yazılan "Baba" ifadəsi, aktrisanın atasına olan həsrətini və qürurunu bir daha gözlər önünə sərdi.

Həyat Hekayəsi: Erhan Önal Kimdir?

İlk evliliyini Birgit Mölzl ilə edən futbolçunun bu nikahdan Patrik Mölzl adında bir oğlu vardı. Daha sonra aktrisa Bige Önalın anası Mine Baysan ilə evlənən Erhan Önal, 1990-cı ildə ata oldu. 1999-cu ildə nikahı başa çatan o, 2011-ci ildə keçirdiyi beyin qanamasından sonra ciddi sağlamlıq problemləri yaşamış və 16 mart 2021-ci ildə İzmir şəhərində həyatını itirmişdi.

24 saat