Məşhur Cütlüyün Ayrılığı
2019-cu ildə nişanlanan
Keti Perri və
Orlando Blum cütlüyünün ayrılması xəbərini TMZ yayımladı. Perri (40) və Blum (48) 2016-cı ildə "Oskar" Mükafatlandırma Mərasimindən sonrakı ziyafətdə tanış olmuşdular. Həmin vaxt "In-N-Out" markalı hamburger üstündə onların arasında yaranan xoş rəqabət münasibətlərinin başlanğıcı oldu.
Keti Perri "American Idol" proqramında bu anını belə təsvir etmişdi: "Mühafizəçimə 10 ədəd "In-N-Out" hamburgeri aldırtdım, bir anda Orlandonun əli uzandı. "Hey! O mənim burgerimdir!" dedim."
Əvvəlki Ayrılıqlar və Barışıq
Həmin il Kann Kinofestivalında birlikdə göründükdən sonra münasibətlərini Instagram üzərindən rəsmiləşdirən
məşhur cütlük 2017-ci ilin fevralında yollarını ayırdı. Lakin dostcasına ayrılan tərəflər münasibətlərini davam etdirdilər.
Orlando Blum ayrılıqdan sonra verdiyi açıqlamada "Hər kəs böyüdü. Ayrılıqlar nifrət üzərində qurulmaq məcburiyyətində deyil" ifadələrini işlətmişdi.
Evlilik Təklifi və Ata-Analıq Sevinci
2018-ci ilin əvvəllərində yenidən görüşməyə başlayan cütlük, həmin ilin sentyabrında Monakodakı Qlobal Okean Qalası tədbirində ilk dəfə qırmızı xalı üzərində birlikdə göründü. 2019-cu il Sevgililər Günündə
Orlando Blum sevgilisinə evlilik təklifi etdi.
Keti Perri "Jimmy Kimmel Live" proqramında sevgilisinin bu təklif üçün uzun müddət plan qurduğunu və onun ailəsindən razılıq aldığını söyləmişdi. Cütlük 2020-ci ildə "Never Worn White" adlı musiqi videosu ilə körpə gözlədiklərini elan etdi. Həmin ilin yayında isə qızları Daysi Dov dünyaya gəldi.
Orlando Blumun keçmiş həyat yoldaşı Miranda Kerrdən Flinn adlı bir oğlu da var.
Pandemiya və Münasibətin Sonu
Pandemiya səbəbindən 2020-ci ildə Yaponiyada planlaşdırılan toylarını təxirə salmaq məcburiyyətində qalan tərəflər, sonrakı illərdə karyeralarında bir-birilərinə dəstək olmağa davam etdilər.
Keti Perri analıq haqqında "PEOPLE" jurnalına verdiyi açıqlamada "Qəlbim nəhayət tam doldu" ifadələrini işlətdi.
2024-cü ilin sentyabrında
Orlando Blum "MTV Video Musiqi Mükafatları"nda
müğənniyə "Video Vanguard Mükafatı"nı təqdim etdi. Həmin ay Perri Blumun "The Cut" filminin Toronto qalasında onun yanında idi. O, bir müsahibəsində aktyoru "əsl müdrik" adlandırmış və münasibətlərindəki ruhani balansın vacibliyini vurğulamışdı. Lakin bütün bu paylaşılan anlara və dəstəkləyici açıqlamalara baxmayaraq, doqquz il sürən münasibət sona yetdi.
24 saat