PUTİNİN ÜÇ JESTİ
CNN Türk-ün Moskva nümayəndəsi Siyamənd Qaçmaz bütün dünyanın maraqla izlədiyi Alyaska sammiti ilə bağlı mühüm detallara diqqət çəkdi. Qaçmaz CNN Türk-ün canlı yayımında verdiyi açıqlamada bu üç jestlə bağlı qeyd etdi: Rusiya prezidenti Vladimir Putin bu görüşdə ABŞ prezidenti Donald Trampa üç çox əhəmiyyətli jest etdi. Birincisi; Rusiya lideri bu sammit üçün ABŞ torpağı olan Alyaskaya getdi. İkincisi; ABŞ-a məxsus hərbi bazaya səfər etdi. Üçüncüsü də təyyarədən endikdən sonra mətbuat nümayəndələrini salamlayaraq görüşün keçiriləcəyi binaya yollanarkən Trampa məxsus avtomobilə əyləşdi və birlikdə hərəkət etdilər.GÖRÜŞƏ MÜŞAYİƏT EDƏN ŞƏXSLƏR
Ağ Evdən verilən məlumata görə, Vladimir Putinlə görüşdə Donald Trampa ABŞ Dövlət Katibi Marko Rubio və Yaxın Şərq üzrə Xüsusi Nümayəndə Stiv Vitkof müşayiət edəcək. TASS xəbər agentliyi də Putini Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Kremlin Xarici Siyasət Müşaviri Yuri Uşakovun müşayiət edəcəyini elan etdi. Bu səviyyədə görüşlər ölkələr arasındadiplomatiya tarixində mühüm yer tutur.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz