Şou 27.09.2025

Güllü'nün qızı Tuyan Ülkem-in ifadəsi üzə çıxdı

Güllü'nün qızı Tuyan Ülkem-in ifadəsi üzə çıxdı

Müğənni Güllünün faciəvi sonu

Real adı Gül Tut olan 52 yaşlı müğənni Güllü, bir müddətdir ki, Yalova vilayətinin Çınarcık rayonundakı evində yaşayırdı. Asistanı Deniz xanımın verdiyi məlumata görə, ötən gecə evdə qızı Tuyan Ülkəmlə birlikdə əylənirdi. Roman havası oynayarkən ayağı sürüşüb pəncərədən aşağı düşmüşdü. Hadisə yerindəcə həyatını itirib.

Ölüm iddiaları və araşdırma

Müğənninin intihar etdiyi barədə yayılan xəbərləri oğlu Tuğberk Yavuz təkzib edib. O bildirib: "Evdə anam, bacım və onun bir dostu var idi. Əylənərkən anamın ayağı sürüşüb. Zatən alçaq olan pəncərədən düşüb". Müğənninin cənazəsi bu gün günorta namazından sonra İstanbulun Tuzla rayonundakı Sultan I Əhməd Məscidində keçirilən mərasimdən sonra Tuzla Qəbiristanlığında dəfn edilib. Bu arada, Güllünün ölümü ilə bağlı istintaq Yalova Cümhuriyyət Baş Prokurorluğu tərəfindən davam etdirilir.

Şahid ifadələri və son görüntülər

İfadəsi alınan qızı Tuyan Ülkəm iddia edib ki, "Anam Roman havası ilə oynayırdı. Spirtli olduğu üçün bir anda tarazlığını itirərək evimizin açıq pəncərəsindən aşağı düşüb öldü". Tuyan Ülkəm anasını özünün itələmədiyini və bu halın qətiyyən söz mövzusu olmadığını qeyd edib. Sənətçinin pəncərədən düşməsindən əvvəlki görüntüsü də ortaya çıxmışdı. Kadrlarda müğənninin düşməzdən əvvəl otaqdakı son anları, eləcə də hadisədən sonra qızı və dostunun qışqıraraq qapıdan qaçaraq çıxdıqları anlar əks olunub. Mərhumun hadisədən iki gün əvvəl evinin qapısına ağıllı qıfıl quraşdırdığı da məlum olub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz