Guterres İsrailin Suriyaya zərbələrini qınadı

BMT Baş Katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Yaxın Şərqdəki hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb və Baş Katib Quterreşin yazılı bəyanatını təqdim edib. Dujarrik bildirib ki, Baş Katib Quterreş İsrailin Süveyda, Dəra və Dəməşqin mərkəzinə yönəlmiş artan hava zərbələrini qınayıb. O, İsrail ordusunun "Qolanda yenidən yerləşdirilməsi" ilə bağlı xəbərlərə toxunaraq, Quterreşin bu istiqamətdəki inkişaflara reaksiya verdiyini vurğulayıb.
Baş Katib özbaşına qətllər, məzhəblərarası gərginlikləri qızışdıran və Suriya xalqının sülh və barışıq imkanlarını əlindən alan hərəkətlər də daxil olmaqla, mülki şəxslərə qarşı bütün zorakılığı açıq şəkildə pisləyir. Dujarrik ölkədə münaqişənin 14 ildir davam etdiyini qeyd edərək, Quterreşin bütün Suriyalılara ən səmimi başsağlığını çatdıraraq zorakılığın dərhal azaldılması çağırışını təkrarladığını deyib. O, Baş Katibin Suriya Prezident Aparatının bu gün səhər saatlarında pozuntuları qınayan və məsuliyyət daşıyanların araşdırılaraq cavab verməsini tələb edən açıqlamalarını da nəzərə aldığını bildirib.