Gündəm 01.09.2025

Həyatını geri istəyən dünyanın ən kök insanının son günləri

Həyatını geri istəyən dünyanın ən kök insanının son günləri
Guam adasında yaşayan Ricky Naputi, illərlə davam edən qida asılılığı səbəbindən 39 yaşında dünyasını dəyişib. Çəkisi 406 kiloqrama qədər yüksələn Naputi demək olar ki, tamamilə yatağa bağlı yaşayırdı; nəfəs almaqda çətinlik çəkir və ən əsas ehtiyacları üçün həyat yoldaşından asılı vəziyyətdə idi.

GÜNDƏLİK QİDA İSTEHLAKI VƏ MÜBARİZƏ

Gündə təxminən 10 min kalori qəbul edən Naputi, düyüdən toyuq kababına qədər nəhəng porsiyalarla qidalanırdı. İllərdir yeriyə bilməyən bu şəxs yalnız yemək, yatmaq və nəfəs almaq üçün mübarizə apardığı yatağında həyatını davam etdirirdi. Həyat yoldaşı Cheryl onu çimizdirir, yemək hazırlayır və tualet ehtiyacını ödəyirdi. Lakin bütün cəhdlərinə baxmayaraq, Rickynin sağlamlığı getdikcə pisləşirdi. Cheryl çarəsizliyini "Mən onun yemək vərdişlərinə nəzarət edə bilmirəm. O, istədiyində təkid edir və sonda mən təslim oluram" sözləri ilə ifadə etmişdi.

ƏMƏLİYYAT ÜMİDİ VƏ ÇƏKİ ƏNGƏLİ

Həkimlər Rickynin həyatda qalması üçün yeganə şansının mədə kiçiltmə əməliyyatı olduğunu bildirdilər. Lakin bu əməliyyat üçün əvvəlcə təxminən 40 kiloqram çəki itirməsi lazım idi. ABŞ-ın TLC kanalının heyəti, Rickynin üç il davam edən çəki itirmə mübarizəsini sənədləşdirdi. Naputi sənədli filmdə "Tək istəyim həyatımı geri qazanmaqdır. İllərdir çölə çıxıb günəşin üzümü oxşadığını hiss etməmişəm. Duş qəbul etməyi, suyun bədənimdən axdığını özləyirəm" demişdi.

ACI SONLUQ VƏ QEYRİ-MÜƏYYƏNLİK

2012-ci ilin noyabrında kameralar, Cherylin təcili tibbi yardıma zəng edərək Rickynin "dərman qəbul etdiyini" və nəfəs almadığını söylədiyi anları qeydə aldı. Saatlarla davam edən müdaxilələrə baxmayaraq, Ricky 39 yaşında həyatını itirdi. Rəsmi ölüm səbəbi "morbid piylənmə" olaraq qeydə alındı. Lakin həyat yoldaşının ayrılmaq istədiyini bildirdiyi anlarda dərman qəbul etdiyi iddiası, onun son anlarını qeyri-müəyyənlik içində buraxdı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz