Hadisənin konsertdəki jesti sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb
Məşhur müğənni Hadisə Didimdə verdiyi konsert zamanı azyaşlı pərəstişkarına göstərdiyi xüsusi diqqətlə gündəmə gəlib. Səhnədə uşaqla səmimi ünsiyyət quran ifaçı, ona hədiyyə olaraq qızıl dəsti – beşibiryerde göndərəcəyinə söz verib.

Hadisənin bu addımı pərəstişkarları tərəfindən müsbət qarşılansa da, sosial mediada müxtəlif fikirlərin yaranmasına səbəb olub. Bəzi istifadəçilər müğənninin bu hərəkətini Sedat Pekerin keçmişdəki bəzi çıxışları ilə müqayisə edərək maraqlı müzakirələr başladılıb.
Müğənni uşağın ailəsi ilə əlaqə yaradaraq lazımi məlumatları toplayıb və verdiyi vədi yerinə yetirəcəyini təsdiqləyib. Hadisənin bu davranışı həm onun səmimiyyəti, həm də sosial şəbəkələrdəki bənzətmələrlə bağlı geniş rezonans doğurub.
Sənətçinin bu hərəkəti ətrafında yaranan müqayisələr qısa müddətdə gündəmin əsas mövzularından birinə çevrilib. Bir çox izləyici isə bunu sadəcə bir uşağı sevindirmək məqsədi daşıyan xoş bir jest kimi qiymətləndirərək, müğənniyə dəstək nümayiş etdirib.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz