Şou 14.07.2025

Hadisənin rəqsi məşhurları qarşı-qarşıya gətirdi: Gözlərini nə bürüyüb

Hadisənin rəqsi məşhurları qarşı-qarşıya gətirdi: Gözlərini nə bürüyüb

Harbiyedəki çıxışı məşhurlar arasında polemikaya səbəb oldu

Harbiye Açıq Hava konsertləri ilə gündəmdən düşməyən Hadise, sosial media ilə yanaşı, ünlülər dünyasında da qütbləşməyə səbəb olub. Müğənninin ifasını izləməyə gedən Atilla Atasoy onun səhnə çıxışını yüksək qiymətləndirəndə, Nükhet Durunun sərt reaksiyası ilə qarşılaşıb. Duru, "Gözlərinə pərdəmi endi, Atilla?" deyə sual edərkən, Atasoydan bu tənqidə təəccüblü cavab gəlib.

Hadise üzündən mübahisə

Harbiyedəki erotik səhnə performansı və kostyumları ilə diqqət çəkən Hadise, iki sənətçini – Nükhet Duru və Atilla Atasoyu qarşı-qarşıya gətirib. Hər iki sənətçi müğənni Hadise ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən bir-birləri ilə mübahisə ediblər. Bu vəziyyət şou-biznesdə də geniş müzakirələrə yol açıb.

"Həzm edə bilmirlər"

Atilla Atasoy, Hadise konsertindən sonra “Super Hadise... Möhtəşəm xoreoqrafiya, möhtəşəm heyət və möhtəşəm bir Hadise” deyərək təriflər yağdırıb. Nükhet Duru isə bu təriflərə cavab olaraq Atasoya "Gözlərinə pərdəmi endi, Atilla?" şərhini yazıb.

Atasoy, Nükhet Durunun tənqidinə uzun bir açıqlama ilə cavab verib: "Belçikada təhsil almış, kiçik yaşlarından rəqs edib, mahnı oxuyan Hadise adlı həmkarlarımızı niyə həzm edə bilmirlər, anlamadım. Türk səhnəsində ən yaxşı şouları Hadise və Edis təqdim edir. Ən çox təəccübləndiyim tənqid isə Nükhet Durudan gəldi. 'Gözlərinə pərdəmi endi, Atilla?' demisən. Nükhet, sən möhtəşəmsən. Sənin qarın və omba rəqslərinəmi razı olmalıyıq?"

24 saat