İdman 26.06.2025

Hakan Çalhanoğlu zədələndi

Hakan Çalhanoğlu zədələndi

Milli futbolçu zədələnib

Hakan Çalhanoğlunun formasını geyindiyi klubdan milli futbolçunun zədələndiyi ilə bağlı rəsmi açıqlama verilib. Bildirilib ki, onun sağ ayağında narahatlıq müşahidə olunub. İnter bu barədə öz rəsmi internet səhifəsi vasitəsilə məlumat yayıb.

Sietl səfəri və soleus əzələsindəki gərginlik

Məlumatda qeyd olunur ki, "neroazzurrilər"in Klublararası Dünya Kuboku hazırlıqları çərçivəsində ABŞ-ın Sietl şəhərində keçirdiyi məşqlər zamanı türkiyəli futbolçu sağ ayağında MRT müayinəsindən keçib. Aparılan testlər nəticəsində onun soleus əzələsində gərginlik aşkar olunub. 31 yaşlı ulduz futbolçu bu mövsüm komandası ilə 47 oyuna çıxaraq, 11 dəfə fərqlənməyi bacarıb. İtaliya təmsilçisi onun tezliklə yaşıl meydanlara qayıtmasını gözləyir və bərpa müddəti ilə bağlı əlavə açıqlama verəcək.

24 saat