İdman 03.07.2025

Hakan Çalhanoğludan vida çalarlı paylaşım

Hakan Çalhanoğludan vida çalarlı paylaşım

Hakan Çalhanoğlu, "İnter" klubunda yaşadığı böhranın ardından "Qalatasaray"a transfer olacağı iddiaları fonunda, sosial media hesabında diqqətçəkən bir paylaşım edib.

Bu paylaşım transfer şayiələrini daha da gücləndirərək, tərəfdarlar arasında böyük həyəcan yaradıb.

İtaliyanın "Seriya A" nəhənglərindən "İnter"də klub rəhbərliyi və Lautaro Martinez ilə gərginlik yaşayan milli komanda futbolçusundan gözlənilməz bir addım gəlib.

"Yolçu" Mahnısı ilə Paylaşım

Həyat yoldaşı Sinem Çalhanoğlunun uşaqları ilə birgə paylaşdığı səssiz fotosunu öz sosial media hesabında təkrar paylaşıb. Ulduz oyunçunun bu paylaşımına "Yolçu" mahnısını əlavə etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. "Sarı-qırmızılı" Qalatasaray azarkeşləri, transferin istənilən an başa çata biləcəyini bildirərək, böyük həyəcan keçiriblər.

Ötən mövsüm "İnter"in heyətində 47 matça çıxan 31 yaşlı oyunçu, bu qarşılaşmalarda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

24 saat