"Kanal 13" rəhbəri Əziz Orucovun azadlıq vəsatəti təmin edilməyib
Sentyabrın 25-də Suraxanı Rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri
Əziz Orucovun vaxtından əvvəl azad olunması barədə verdiyi vəsatətə baxılıb. Məhkəmə iclasının nəticələrinə əsasən, hakim müstəqil media nümayəndəsinin azadlığa buraxılması ilə bağlı müraciətini təmin etməyib. Ailəsinin məlumatına görə, cəzaçəkmə müəssisəsinin müsbət rəyinə və
Əziz Orucovun davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mülahizəsi hakimin qərarında həlledici rol oynayıb. Bu qərarla
Əziz Orucovun müəyyən olunmuş müddətdən əvvəl azadlığa çıxması mümkünsüz hala gəlib.
Həbsin səbəbləri və cəza müddəti
Jurnalistin həbsinə az müddət qalır. Onun azadlığa çıxmasına cəmi 2 ay 2 gün qalıb.
Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov 2023-cü il noyabrın 27-də "qanunsuz tikinti" ittihamı ilə həbs edilmişdi. Bu il fevralın 26-da Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Məsələ ilə bağlı açıqlama verən jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. Onun həbsi müstəqil
jurnalistika fəaliyyətinə qarşı təzyiq kimi qiymətləndirilir.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz