Gündəm 28.06.2025

Hakimiyyət “İsrail məğlub oldu” demişdi: Tel Avivdə Ahmet Şara detalı

Hakimiyyət “İsrail məğlub oldu” demişdi: Tel Avivdə Ahmet Şara detalı

Suriyədə Bəşər Əsəd hakimiyyətinin devrilməsi ilə bağlı ssenarilərdə, xüsusən də iqtidaryönlü dairələr İsrailin bölgədə mövqeyini itirdiyini və yeni Suriya nizamında Türkiyənin əsas rol oynayacağını iddia edirdilər. Lakin bölgədə cərəyan edən son hadisələr iqtidar mediasının yaratdığı təəssüratın əksini sübut edir.

Təl-Əvivdə, İsrailin paytaxtında diqqət çəkən bir reklam panosu peyda olub. Panoda ən nəzərə çarpan sima ABŞ Prezidenti Donald Tramp olsa da, reklam şüarında “İbrahim Razılaşmaları, Yeni Yaxın Şərq” ifadələri yer alırdı.

AFİŞDƏ KİMLƏR VAR

Panoda ABŞ Prezidenti Trampla yanaşı, İsrailin Baş Naziri Binyamin Netanyahunun və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təsvirləri yer alırdı. Həmçinin, bu vizualda ABŞ-dan senator Lindsey Qraham (Respublikaçı, Tramp tərəfdarı), İsrailin keçmiş baş naziri Naftali Bennet, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət başçısı Məhəmməd bin Zayed, Fələstin dövlət başçısı Mahmud Abbas (şəkildə yer alması ehtimal ki, simvolik xarakter daşıyır), Dubay əmiri (BƏƏ-nin Baş Naziri) Məhəmməd bin Raşid əl-Maktum, Oman Sultanı Heytəm bin Tariq, BƏƏ-nin Xarici İşlər Naziri Abdullah bin Zayed, İordaniya Kralı II Abdullah ibn Əl Hüseyn və Müsəlman Alimlər Birliyinin Baş katibi Məhəmməd əl-İssa da təsvir edilmişdi.

sələfi

İBRAHİM RAZILAŞMALARI NƏDİR?

Daha geniş şəkildə İbrahim Razılaşmaları kimi tanınan bu ittifaq, 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında imzalanmış normallaşma və diplomatik əlaqələrin qurulması sazişlərinin ümumi adıdır. Bu ittifaq rəsmi bir hərbi blok deyil, lakin regional təhlükəsizlik əməkdaşlığı və diplomatik açılışları əhatə edən geniş siyasi çərçivə kimi qəbul edilir. Razılaşmalar Yaxın Şərq siyasətində yeni bir səhifə açmaq potensialına malikdir və adını Həzrəti İbrahimdən (Abraham) götürür. Onu imzalayan ölkələr İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudandır. ABŞ razılaşmaların vasitəçisi olub, proses isə o zamankı ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşner tərəfindən təşkil edilib.

24 saat