Hasan Can Kaya'dan sürpriz: Yeni adresi məlum oldu
İzlənmə rekordları qıran "Konuşanlar" proqramının yeni ünvanı nəhayət ki, bəlli olub. Prime Video, Max və Netflix kimi nəhəng rəqəmsal platformaların diqqət mərkəzində olan tanınmış komediya ustası Hasan Can Kaya, seçimini edərək Disney+ ilə eksklüziv anlaşma imzalayıb. Bu, komediya dünyasında böyük marağa səbəb olan bir addım kimi dəyərləndirilir.
Əldə olunan məlumatlara görə, Hasan Can Kaya proqramın ilk çəkilişlərinə başlamaq üçün hazırlıqlara başlayıb. Həmçinin, əsas diqqətçəkən detallardan biri də "Konuşanlar"ın sentyabr ayından etibarən dünya miqyasında, tərcümə dəstəyi ilə izləyicilərlə görüşəcəyidir. Bu addım proqramın qlobal auditoriyaya çatmasına imkan yaradacaq.

Oxucu Şərhləri
Şərh Yaz